Xaçmazda 15 yaşlı oğlan itkin düşdü

Xaçmazda 15 yaşlı oğlan itkin düşdü
Bütün Xəbərlər
15:30 25.03.2012
1511
Qubanın Dəvədabanı yaşayış massivində 15 yaşlı oğlan itkin düşüb. Rayonun polis İdarəsindən verilən məlumata görə, Nügədi kənd sakini, 1997-ci il təvəllüdlü Novruzbəy Niyaz oğlu Məcidov martın 20-də, saat 11:30 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Novruzbəy Məcidovun əqli cəhətdən və nitqi qüsurlu olduğu bildirilir. Ailə üzvlərinin sözlərinə görə, Novruzbəy Məcidov tez-tez evdən getsə də, onu dəfələrlə məscidlərdə tapıblar. Novruzbəy Məcidov evdən çıxarkən əynində qara gödəkçə, qəhvəyi rəngli şalvar, ağ zolaqlı qara köynək və qara papaq olub. Sonuncu dəfə onu Xaçmaz rayonunda görüblər.
OXŞAR XƏBƏRLƏR