Xaçmazda 2 yaşlı uşaq özünü yandırdı və öldü

Xaçmazda 2 yaşlı uşaq özünü yandırdı və öldü
Bütün Xəbərlər
11:02 20.09.2011
1627
Azyaşlı özünü alışqanla yandırıb
Xaçmaz rayonunda azyaşlı faciəli şəkildə ölüb. Xudat şəhər sakini, 2009-cu il təvəllüdlü Qasımov Ziya Kamil oğlu özünü alışqanla yandırıb. Lent.az-ın bölgə müxbiri xəbər verir ki, valideynləri ağlayan körpəni susdurmaq üçün ona alışqan veriblər. Alışqanla oynayan uşaq özünü yandırıb. O, 3-cü dərəcəli yanıq xəsarətləri ilə Xaçmaz rayon Xəstəxanasına çatdırılıb. Azyaşlının vəziyyəti ağır olduğundan onu Bakıya aparıblar. Uşaq paytaxtdakı tibb müəssisəsində dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR