Şimal bölgəsində ilin ilk intihar hadisəsi qeydə alınıb.
Hadisə Xaçmazda, 4-cü şöbə adlanan yaşayış massivində baş verib. Rayonun Palçıqoba kənd sakini 36 yaşlı Ramin Abdalov yaşadığı evin tövləsində özünü iplə asıb. Bu barədə gecə 23 radələrində xəbər tutan ailə üzvləri hüquq-mühafizə orqanlarını məlumatlandırıblar. Hadisə yerinə gələn polis-prokurorluq əməkdaşları Ramin Abdalovun intihar etməsinin səbəblərini araşdırmağa başlayıblar.
Xaçmaz prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb. 3 uşaq atası olan Ramin Abdalovun maddi imkansızlıqdan özünə qəsd etdiyi bildirir.
Bənzər hadisə bu gün Bakıda da baş verib. Pirallahı Rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Səməd Vurğun küçəsində yaşayan 1966-cı il təvəllüdlü Ələmdar Oruc oğlu Salamov özünü yaşadığı evin həyətindəki yarımtikilidən asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.
İlkin ehtimal kimi Ələmdar Salamovun külli-miqdarda borcu olduğu, buna görə belə bir addım atdığı bildirilir.
ANS PRESS.az