Xaçmazda göldən avtomobil və çürümüş meyit tapıldı

Xaçmazda göldən avtomobil və çürümüş meyit tapıldı
Bütün Xəbərlər
14:56 22.09.2013
1288
Bakı-Quba yolunun 4-cü kilometrliyində, Xaçmaz rayonu Çuxurkörpü adlı ərazidəki Sonalıgöl adlı gölə avtomobil düşüb. 
ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbərə görə, gölə düşən “VAZ 21011” markalı avtomobil FHN Şimal Regional Mərkəzinin xilasediciləri tərəfindən sudan çıxarılıb. Məlumata görə, avtomobildən İlqar Səlimovun çürümüş meyiti aşkarlanıb.Hadisənin nə vaxt və hansı şəraitdə baş verdiyi təyin edilən avtotexniki ekspertixanın rəyindən sonra məlum olacaq.Faktla bağlı araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR