Xaçmazda qəza: 3 nəfər yaralandı

Xaçmazda qəza: 3 nəfər yaralandı
Bütün Xəbərlər
16:01 26.08.2015
729
Xaçmazda qəza nəticəsində 3 nəfər xəsarət alıb.Qəza sürücülərin hava şəraitini nəzərə almaması səbəbindən baş verib.Hadisə bu gün səhər saat 10:30 radələrində Xaçmaz rayonu ərazisində, Gəndab -Yalama yolunun 26ci km də qeydə alınıb.Xaçmazın Mançaroba kənd sakini, 29 yaşlı Orxan Haciyevin idarə etdiyi VAZ 21120 markalı avtomobil Xudat istiqamətinə hərəkət edərkən əks tərəfdən gələn, Xaçmazın Müzəffəroba kənd sakini, 56 yaşlı Nəsrəddin Səmədovun idarə etdiyi QAZ 31 1000 markali avtomobillə toqqusub.Nəticədə hər iki sürücü və VAZ 21 120 də olan sərnişin Osman Osmanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə çatdiriliblar.Hər iki avtomobil qəza nəticəsində yararsız hala düşüb.Hadisə yerində araşdirma aparan BDYPİ-nın istintaq və təhqiqat şöbəsinin müstəntiqi Elşən Mürsəliyev hadisəyə hər iki sürücünün yağışlı hava şəraitini nəzərə almaması və bu zaman yüksək sürətlə hərəkət etmələrinin səbəb olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR