Xaçmazda sərxoş gənc bıçaqlandı

Xaçmazda sərxoş gənc bıçaqlandı
Bütün Xəbərlər
00:08 06.09.2013
664
Bu gün axşam saatlarında Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.Xaçmaz rayonu, Qaraquttu kənd sakini 1983-cü il təvəllüdlü Hacıyev Mübariz İsrafil oğluna naməlum şəxs və ya şəxslər xəsarət yetirib. O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Tibb müəssisəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, onun vəziyyəti orta ağırdır və xəsarət alan şəxs hadisə zamanı sərxoş olub.Xaçmaz rayon Polis Şöbəsindən (RPŞ) verilən məlumata görə, hadisə ilə bağlı hələ ki saxlanılan yoxdur. 30 yaşlı şəxsi bıçaqlayan şəxsin və ya şəxsləri axtarışları davam etdirilir.
OXŞAR XƏBƏRLƏR