Xaçmazda uzunqulağın dişlədiyi kişi vəfat etdi

Xaçmazda uzunqulağın dişlədiyi kişi vəfat etdi
SOSİAL
10:28 10.06.2026
176
Xaçmaz rayonunda uzunqulaq dişləyən 70 yaşlı kişi ölüb.

Hadisə rayonun Yergüc kəndində baş verib.

Kənd sakini, 1956-cı il təvəllüdlü Murad Müslüm oğlu Əsfəndiyarovun meyiti müayinə olunmaq üçün Xaçmaz rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbəsinə aparılıb.

Məlumata əsasən, M.Əsfəndiyarovu bir həftə əvvəl kənd ərazisində uzunqulaq dişləyib. Bir müddət ev şəraitində müalicə alan şəxsin bu gün vəfat etdiyi bildirilir.APA
OXŞAR XƏBƏRLƏR