Xadiməni döydüyü iddia edilən direktor danışdı: "Ərklə qolundan tutdum və..."

Xadiməni döydüyü iddia edilən direktor danışdı: "Ərklə qolundan tutdum və..."
Bütün Xəbərlər
17:48 25.06.2015
2344
Ağsu rayonunda orta məktəb direktoru haqqında polisə şikayət edilib.
Hadisə ilə bağlı anspress məktəb direktorunun özü ilə əlaqə saxlayıb. Maarif Səmədov qadını döymədiyini bildirib. Onun sözlərinə görə, xadiməyə sadəcə qışqırıb və onun qolundan tutub: "Mənim 60 yaşım var. Rəsiqə mənim şagirdim olub. Dəfələrlə işə gecikirdi. Dedim izahat yaz. İmtina etdi. Ərklə qolundan tutdum və qışqırdım. Allaha and olsun ki, onu vurmamışam. Bu yaşda mənə yaraşmaz".
Rayon Təhsil Şöbəsinin rəis müavini Adil Kərimovun sayta verdiyi məlumata görə, hadisə barədə xəbərdardırlar: "Hazırda araşdırma aparırıq. Məktəb direktoru və xadimə üzləşdiriləcək. Araşdırmalardan sonra hadisənin əsl mahiyəti məlum olacaq".
Təhsil Nazirliyindən də hadisənin araşdırıldığını bildiriblər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun verdiyi məlumata görə, əgər şikayət təsdiqini taparsa, məktəb direktoru şiddətli şəkildə cəzalandırılacaq.
OXŞAR XƏBƏRLƏR