“Xalça Dünyası” maarifləndirmə işlərini davam edir

“Xalça Dünyası” maarifləndirmə işlərini davam edir
Bütün Xəbərlər
13:36 19.11.2015
746
Xalça Dünyası Assosiasiyası İctimai Birliyi “Xalçaçı qadınların sağlamlığının qorunması” layihəsinin icrası çərçivəsində maarifləndirmə tədbirlərini keçirməkdə davam edir.
Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilir.
Layihə çərçivəsində keçirilən növbəti tibb bacısı Sara Fərzəliyeva, xalçaçılıq peşəsinin sahibi olan və peşəyə yiyələnmək istəyən gənc xanımlar iştirak ediblər.
Xalça Dünyası Assosiasiyası İctimai Birliyinin sədri Fatimət Ağamirzəyeva xanımlara layihənin donoru və məqsədi haqqında məlumat verib.
F. Ağamirzəyeva və tibb bacısı S. Fərzəliyeva xalçaçı qadınlara sağlamlıqlarının qorunması, peşə yönümlü kiçik qəzaların: əllərinin və barmaqlarının qanamasının, ayaq ağrılarının, göz yorğunluğunun aradan qaldırılması istiqamətində, astma bronxit və digər nəfəs xəstəlikləri, ümumi gigiyena barədə maarifləndirici məlumatlar veriblər. Peşə xəstəliklərinə aid müzakirə aparılıb və bu kimi xəstəliklərdən qorunma metodları izah olunub. Bundan başqa işlədikləri otağın təmiz saxlanılması, havasının gündəlik dəyişdirilməsi, otağın işıqlı olması və xalça toxunduqda texnikaya riayət edilməsi tövsiyə olunub.
Sonra QHT sədri və tibb bacısı tərəfindən əllərin, qolların və göz yorğunluğunun aradan qaldırılması üçün məşq hərəkətləri nümayiş olunub və tədbir iştirakçıları ilə birlikdə idman hərəkətləri edilib.
Xalçaçı qadınların sağlamlığının qorunması məqsədilə keçirilən tədbirdə tibb işçisinin məsləhəti ilə alınan tibb ləvazimatlarından hazırlanmış tibb paketləri təbdir iştirakçılarına paylanılıb. Bundan başqa, xalçaçı qadınlara təyinatı üzrə hazırlanmış təlimati materiallar və metodiki göstərişlər də paylanılıb.
Tədbirdə xalçaçı qadınları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, layihənin məqsədi milli-mədəni irsimiz olan xalçaçı peşəsinin sahiblərinin ictimai, tibbi, şəxsi və gigiyenik, tənəffüs təmizliyi ilə bağlı maarifləndirilməsindən, xalçaçı qadınlara bəzi peşə xəstəlikləri və profilaktik tədbirlər haqqında bilik verilməsindən, maarifləndirilməsindən və düzgün istiqamətləndirməsindən ibarətdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident İlham Əliyev Nyu-Yorkda Portuqaliya Prezidenti ilə görüşüb - FOTOLAR
19:48 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda Portuqaliya Prezidenti ilə görüşüb - FOTOLAR
Prezident İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb - FOTO
19:46 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb - FOTO
İlham Əliyevin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub - FOTOLAR
19:42 24.09.2025
İlham Əliyevin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub - FOTOLAR
Britaniyada Avropadakı hava limanlarının işini iflic edən kiberhücumla bağlı bir nəfər saxlanılıb
19:41 24.09.2025
Britaniyada Avropadakı hava limanlarının işini iflic edən kiberhücumla bağlı bir nəfər saxlanılıb
İran və Rusiya kiçik AES-lərin tikintisi barədə razılığa gəlib
19:24 24.09.2025
İran və Rusiya kiçik AES-lərin tikintisi barədə razılığa gəlib
NATO Baş katibi ABŞ-a səfər edəcək
19:16 24.09.2025
NATO Baş katibi ABŞ-a səfər edəcək
Bu kampaniyada qiymətlər danışacaq - FOTO
19:08 24.09.2025
Bu kampaniyada qiymətlər danışacaq - FOTO
Dallasda silahlı hücum olub, 3 nəfər yaralanıb
19:04 24.09.2025
Dallasda silahlı hücum olub, 3 nəfər yaralanıb
İspaniya müdafiə nazirinin təyyarəsinin Kalininqrad yaxınlığında GPS-i pozulub
18:50 24.09.2025
İspaniya müdafiə nazirinin təyyarəsinin Kalininqrad yaxınlığında GPS-i pozulub
Kanada Ukraynaya kibertəhlükəsizliyini möhkəmləndirmək üçün yardım edəcək
18:35 24.09.2025
Kanada Ukraynaya kibertəhlükəsizliyini möhkəmləndirmək üçün yardım edəcək
Meloni və Şaraa ABŞ-da görüşüb
18:19 24.09.2025
Meloni və Şaraa ABŞ-da görüşüb
Ekitikeni təriflədi: “İnanılmaz dərəcədə zəhlətökəndir”
17:48 24.09.2025
Ekitikeni təriflədi: “İnanılmaz dərəcədə zəhlətökəndir”
Tramp: Yaxın Şərq ölkələrinin liderlərini bir araya gətirməli və müharibəyə son qoymalıyıq
17:40 24.09.2025
Tramp: Yaxın Şərq ölkələrinin liderlərini bir araya gətirməli və müharibəyə son qoymalıyıq
Almaniya səfiri Gürcüstan XİN-ə çağırıldı
17:34 24.09.2025
Almaniya səfiri Gürcüstan XİN-ə çağırıldı
İmişlidə toyda kütləvi zəhərlənmə olub, 18 nəfər xəstəxanaya aparılıb
17:25 24.09.2025
İmişlidə toyda kütləvi zəhərlənmə olub, 18 nəfər xəstəxanaya aparılıb
Trampdan İlham Əliyevə: Sizinlə, həqiqətən, fəxr edirəm, çox gözəl insansınız
17:23 24.09.2025
Trampdan İlham Əliyevə: Sizinlə, həqiqətən, fəxr edirəm, çox gözəl insansınız