Xalid Bağırovun vəkillik fəaliyyətinə xitam verildi

Xalid Bağırovun vəkillik fəaliyyətinə xitam verildi
Bütün Xəbərlər
11:46 10.12.2014
773
“Buna görə də hakim məhkəməyə şikayət edib”.
Vəkil Xalid Bağırovun vəkillik fəaliyyəti dayandırılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya məlumat verən X. Bağırov bildirib ki, bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib: “İclasda mənim vəkillik fəaliyyətimə xitam verilməsi barədə məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edildi. Məhkəmə həmin məsələyə baxana kimi vəkillik fəaliyyətim də dayandırılıb. Artıq heç bir işdə vəkil kimi iştirak edə bilmərəm”.
X. Bağırov onunla bağlı Şəki Apellyasiya Məhkəməsinin hakimi Mirbahəddin Hüseynovun Vəkillər Kollegiyasına müraciət etdiyini bildirib: “Guya Şəki Apellyasiya Məhkəməsində Tofiq Yaqublu və digərlərinin məhkəməsi keçirilən zaman mən dövlətçilik əleyhinə çıxışlar etmişəm. Buna görə də hakim məhkəməyə şikayət edib”.
OXŞAR XƏBƏRLƏR