Xaliq Hüseynovu təmsil edəcək müşahidəçilərə namizədin qərargahında təlim keçildi - FOTOLAR

Xaliq Hüseynovu təmsil edəcək müşahidəçilərə namizədin qərargahında təlim keçildi - FOTOLAR
Seçki2024
10:12 06.02.2020
1218
Bu gün 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən deputatlığa namizəd Xaliq Hüseynovun qərargahı seçki prosesinin növbəti mərhələsinə keçid aldı.
 
Nərimanov və Nizami rayonları üzrə 32 məntəqəyə təyin olunmuş müşahidəçilərlə görüş keçirilib,onlara müşahidəçi vəsiqələri təqdim olundu.
 
Müşahidəçilərə seçki qanunları, seçki günündə  davranış qaydaları, müşahidəçilərin vəzifə və qadağan olunmuş hərəkətləri, dislokasiya üzrə müşahidəçinin təhkim olunduğu məntəqənin ünvanı barədə məlumat verildi.
 
Daha sonra Xaliq Hüseynov göstərdikləri dəstəyə görə hər bir müşahidəçiyə təşəkkür edib, hər kəsə 9 fevralda uğur arzuladı, tövsiyyələrini bildirdi.
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR