xari

Xalq artisti Siyavuş Kərimi koronavirusa yoluxub

MƏDƏNİYYƏT
10:37 12.04.2021
227
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi koronavirusa (COVİD-19) yoluxub.

Bu barədə AZXEBER.COM-a Konservatoriyanın mətbuat xidmətinin rəhbəri Anar Bəylərov məlumat verib.

O, S.Kəriminin testinin nəticəsinin pozitiv çıxdığını deyib: "Hazırda səhhəti yaxşıdır, ev şəraitində müalicə alır”. 

Qeyd edək ki, pandemiya ilə əlaqədar Azərbaycan Milli Konservatoriyasında bu gündən əyani dərslər dayandırılıb. 

OXŞAR XƏBƏRLƏR