Yanvarın 10-da xalq artistinin bıçaqlanması ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi İlqar Murğuzovun sədrliyi ilə prosesin hazırlıq iclası başlayacaq.
Qeyd edək ki, F. Ağayevin bıçaqlanması ilə bağlı cinayət işi üzrə üç nəfər - Rüfət Məlikov, Seymur Məmmədov və Natəvan Şərifova təqsirləndirilir. R. Məlikova qarşı Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4-nü (iki və ya daha artıq şəxsə qarşı ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən ağır xəsarət yetirmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq etmə), S. Məmmədova qarşı 221.2.1-ci, N.Şərifova 221.3-cü maddələri ilə ittiham irəli sürülüb./// qafqazinfo.az