Xalq artistinin nəvəsi intihar etmək istəyir

Xalq artistinin nəvəsi intihar etmək istəyir
Bütün Xəbərlər
14:12 19.11.2015
3450
“Nahidə Orucovaya xəbərdarlıq edirəm, bizim ailədən uzaq olsun”.
AZXEBER.COM xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Xalq artisti, mərhum sənətkar Nuriyyə Əhmədovanın bacısı Maya Həsənova Əməkdar artist Nahidə Orucovanın “Nuriyyənin bacısı onun ürəyini partlatdı” ittihamına münasibətində deyib.
O, bildirib ki, N.Orucova bu açıqlaması ilə Əhmədovlar ailəsini hörmətdən salır: “Hansı bacısı öldürüb? Nuriyyə balalarının dərdindən ölüb. Dünən onun 40 mərasimi idi, 500 adam gəlmişdi. Mərasim başa çatan kimi baxdıq ki, ATV-də anons gedir: “Nuriyyə Əhmədovanı kim öldürdü”. Bu gün tezdən kanalda Nahidə bunun müzakirəsini aparacaqdı. Səhər tezdən bacılarımla gəldik kanalın qarşısına. Qardaşlarım da gəlirdi, qoymadıq. Adamın ailəsinə, ölüsünə niyə müdaxilə edirlər? Nuriyyəni niyə hörmətdən salırlar?”
M.Həsənova N.Orucova ilə aralarında yaranan qalmaqalın səbəblərini açıqlayıb: “Bir nəfər Nuriyyənin qəbrinin üstünü düzəltməyi boynuna götürmüşdü. Dedik ki, Nahidə xanım, 40-a az qalıb, qəbr düzəlməlidir. Əgər düzəlmirsə, özümüz yığışıb düzətdirək. Söhbət bundan böyüdü. Nahidə dedi ki, “həmin adamı qəbri düzətdirməyə qoymayacağam”.
Mərhumun bacısı N.Orucovanın “Nuriyyə xanım mənim evimdə qalırdı, ona sığınacaq vermişdim” ittihamına da cavab verib. Bildirib ki, Nuriyyə onun evində kirayədə qalıb. M.Həsənova onu da əlavə edib ki, N.Orucovanın bu açıqlaması mərhumun nəvəsi Faiq İbadzadəni intihara sürükləyir: “Faiq dünən gecə gəlib deyir ki, Nahidə Orucova çıxıb danışacaq, mən məktəb uşaqlarından utanıram. Uşaq yazıqdır, gedər özünə bir şey edər. Faiqdən ayıbdır, qalıb ortada, belə getsə özünü kəsəcək, intihar edəcək, Nahidə necə cavab verəcək ondan sonra?”
Qeyd edək ki, Əməkdar artist Nahidə Orucova N.Əhmədovanın ölümü ilə bağlı “Modern.az”a açıqlama verib. O, N.Əhmədovanın ölümündə bacı və qardaşlarını ittiham edib.
Xatırladaq ki, Xalq artisti N.Əhmədova oktyabrın 10-da xəstəxanada ürək tutmasından vəfat edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev “Ares Management” - qlobal investisiya şirkətinin baş icraçı direktoru ilə görüşüb
20:18 24.09.2025
İlham Əliyev “Ares Management” - qlobal investisiya şirkətinin baş icraçı direktoru ilə görüşüb
Türkiyə və Suriya prezidentlərinin görüşü olub
20:09 24.09.2025
Türkiyə və Suriya prezidentlərinin görüşü olub
Ceyhun Bayramov: Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır
19:57 24.09.2025
Ceyhun Bayramov: Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır
Əli Əsədov Ana Brnabiç ilə görüşüb
19:53 24.09.2025
Əli Əsədov Ana Brnabiç ilə görüşüb
"Mançester Yunayted"in futbolçusu İspaniya nəhənginə keçə bilər
19:53 24.09.2025
"Mançester Yunayted"in futbolçusu İspaniya nəhənginə keçə bilər
Prezident İlham Əliyev Nyu-Yorkda Portuqaliya Prezidenti ilə görüşüb - FOTOLAR
19:48 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda Portuqaliya Prezidenti ilə görüşüb - FOTOLAR
Prezident İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb - FOTO
19:46 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb - FOTO
İlham Əliyevin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub - FOTOLAR
19:42 24.09.2025
İlham Əliyevin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub - FOTOLAR
Britaniyada Avropadakı hava limanlarının işini iflic edən kiberhücumla bağlı bir nəfər saxlanılıb
19:41 24.09.2025
Britaniyada Avropadakı hava limanlarının işini iflic edən kiberhücumla bağlı bir nəfər saxlanılıb
İran və Rusiya kiçik AES-lərin tikintisi barədə razılığa gəlib
19:24 24.09.2025
İran və Rusiya kiçik AES-lərin tikintisi barədə razılığa gəlib
NATO Baş katibi ABŞ-a səfər edəcək
19:16 24.09.2025
NATO Baş katibi ABŞ-a səfər edəcək
Bu kampaniyada qiymətlər danışacaq - FOTO
19:08 24.09.2025
Bu kampaniyada qiymətlər danışacaq - FOTO
Dallasda silahlı hücum olub, 3 nəfər yaralanıb
19:04 24.09.2025
Dallasda silahlı hücum olub, 3 nəfər yaralanıb
İspaniya müdafiə nazirinin təyyarəsinin Kalininqrad yaxınlığında GPS-i pozulub
18:50 24.09.2025
İspaniya müdafiə nazirinin təyyarəsinin Kalininqrad yaxınlığında GPS-i pozulub
Kanada Ukraynaya kibertəhlükəsizliyini möhkəmləndirmək üçün yardım edəcək
18:35 24.09.2025
Kanada Ukraynaya kibertəhlükəsizliyini möhkəmləndirmək üçün yardım edəcək
Meloni və Şaraa ABŞ-da görüşüb
18:19 24.09.2025
Meloni və Şaraa ABŞ-da görüşüb