Xalq artistinin qızı: "Gecə klubundakı partlayışa gələn şərhləri oxuyanda dəhşətə gəlirəm" - VİDEO

Xalq artistinin qızı: "Gecə klubundakı partlayışa gələn şərhləri oxuyanda dəhşətə gəlirəm" - VİDEO
MAQAZİN
14:42 13.04.2022
9166
AZXEBER.COM-un "Sosial şəbəkə ulduzları” rubrikasının qonağı tanınmış bloger, modelyer Nəzrin Nəcəfovadır.
 
 

- Nəzrin xanım, ilk olaraq oxucularımıza özünüz haqqında danışın...
- Mən Nəzrin Nəcəfova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsini modelyer, dizayner ixtisası üzrə bitirmişəm. Rəssamlıq üzrə bir neçə sərgidə iştirak etmişəm. Həm ölkəmizdə, həm xaricdə sertifikat və diplomlar qazanmışam. 2 ildir ki, sosial  şəbəkələrdə influencer -bloger kimi fəaliyyət göstərirəm. Bir müddət öncə isə magistr təhsilimi başa vurdum. Pandemiya ilə əlaqədar rəssamlıq fəaliyyətimi də dayandırmışdım. Çünki sərgilər olmurdu, bir sıra tədbirlərimiz təxirə salınmışdı. Yenidən sərgilərə hazırlaşıb, öz üzərimdə işləyirəm. Yeni əsərlər ərsəyə gətirməyə çalışıram.

- Gənc yaşında geniş kütlə tərəfindən sevilən biri olmaq necə hissdir?
- Çox gözəl bir hissdir. İnsanların məni görəndə mənə olan xoş sözləri, tövsiyə etdiyim şeylərin kütlə tərəfindən bəyənilməsi, bundan yararlanmaqları və bunu mənə bildirməkləri mənim üçün çox xoşdur.

- Qazandığınız uğurlara görə kimə borclusunuz?
- Təbii ki, əvvəlcə Allaha. Sonra ailəmə. Ən sonda isə təbii ki, özümə. Çünki insan öz üzərində çalışmasa heç nəyə nail ola bilməz.
 


- Həm "fashion-designer"lik, həm influencerlikdən aylıq təxmini nə qədər qazanırsınız?
- Hələ ki, brendim onlayn fəaliyyət göstərir. Amma dəqiq məbləğ deməyəcəm. Yaxşı gedir. Sadəcə bu aralar fikrimi instagrama yönləndirmişəm deyə, bir az durğunluq dövrüdür. Tezliklə bu durğunluğu geridə qoyacam. 

- Sosial şəbəkələrdə daha çox hansı problemlərlə üzləşirsiniz?
- İnstagram mənim üçün əyləncə platformasıdır. Ordan pozitiv enerji alıram və çalışıram ki, qarşıma çıxan mənfi rəyləri oxumayım. Tənqidi şərhlərə fikir vermirəm.

- Xalq artisti Mələkxanım Eyyubovanın qızı olmaq necə bir hisdir?
- Bu sualı mənə tez-tez verirlər. Təbii ki, çox gözəl bir hissdir. Mən bununla fəxr edirəm.
 


- Sosial şəbəkələrdə məşhurların övladları həmişə diqqət mərkəzində olurlar. Bu barədə nə deyə bilərsiniz?
- Məncə bu normal bir haldır. İstər-istəməz tanınmış bir simanın övladısansa, sənin haqqında xəbərlər olacaq. Bu müsbət də ola bilər, mənfi də. Olur ki, mənim haqqımda da mənfi nələrsə  yazırlar. Amma mən buna fikir vermirəm. Üstündən keçib gedirəm.

- Sizə sosial şəbəkələrdə daha çox nə haqda yazırlar?
- Çox şükür ki mənə tənqidi yazılar yazmırlar.  Bu çox nadir hallarda baş verir. 2 ildir sosial şəbəkədən aktiv istifadə edirəm. Amma tənqidi şərhlərlə üzləşmirəm. Tez-tez xoş sözlər yazırlar. Məsləhətlərimdən yararlandıqlarını bildirirlər.

- Bu yaxınlarda gecə klubunda baş verən partlayışla bağlı nə deyə bilərsiniz...
- Əlbəttə, hər kəs kimi mən də çox üzüldüm. Allah ölənlərə rəhmət etsin. Yaralananlara isə Allahdan şəfa diləyirəm. Çox üzücü bir hadisə idi. Bir neçə gün hadisənin təsirindən çıxa bilmədim. Yazılan şərhləri heyrətlə oxuyurdum, dəhşətə gəlirdum. İnsanların fikrini oxuduqca təəssüf hissi keçirirdim. Kaş insanlar bu qədər qeyri-sağlam düşüncədə olmayardılar.

- Bu yaxınlarda ailə qurmağa hazırlaşırdınız, ama bu uğursuzluqla nəticələndi. Səbəb nə idi? Yenidən bu yolda addım atmağı düşünürsünüz mü?
- Hər kəsin başına gələ biləcək bir hadisə idi. Təbii ki, təəssüflənmirəm. Hələ ki, yenidən evlənməyi düşünmürəm. Sonrası üçün isə qismət deyirəm. Səbəbini isə  deməyim. Müəyyən səbəblər var idi ki, ona görə alınmadı.
 


- Son zamanlar sosial şəbəkələrdə influencerlərimizin sayı artıb. Sizin bəyəndiyiniz və bəyənmədiyiniz influencerlər kimlərdir? 
- Azərbaycanda çox yaxşı, savadlı, kontentini çox yaxşı aparan influencerlərimiz çoxdur. Mənim də bəyəndiyim, zövqlü influencerlərimiz var. Bəyənmədiyim deməyim, izləmədiklərim var. Amma təbii ki, hərəsinin öz kontenti var. Hamısına hörmətlə yanaşıram.

-  Sonda gənclərə nəyi tövsiyə edərdiniz?
- Mən həmişə elə hiss edirəm ki, mənim hələ də 19, 20 yaşım var. İstəyirəm ki, həmişə oxuyum, yeni nəsə öyrənim. Hər şeydən məlumatlı olmaq istəyirəm. Gənclərə tövsiyə edirəm ki, böyümək üçün tələsməsinlər. Özlərini inkşaf etdirmək üçün çalışsınlar. Dillər öyrənsinlər və həmişə düşüncələrini pozitiv tutsunlar. Bəzən məktəbi belə bitirməmiş neqativ fikirli uşaq görəndə çox pis oluram. Həmişə deyirəm ki, gələcəyiniz irəlidədir. Nikbin olun.
 
Oksana Orucova,
Hüseyn Həsənov
 


OXŞAR XƏBƏRLƏR