Xalq artisti, tanınmış diktor Sabir Ələsgərlinin səhhətində problemlər yaranıb.
Bu barədə Publika.az-a diktor özü açıqlama verib:
Qəfildən mədəmdə ağrılar yarandı və xəstəxanaya getməli oldum.
“Həkimlər mədəmdə yara olduğunu söylədilər. Xəstəxanada qalmaq istəmədim. Hazırda ev şəraitində müalicə olunuram. Dava-dərman qəbul edirəm, pəhriz saxlayıram. Bilmirəm, necə olacaq, amma müalicə səhhətimə müsbət təsir göstərmir. Günü-gündən arıqlayıram, geri
gedirəm”.
Xalq artisti səhhəti ilə əlaqədar işə də çıxmır.