AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Show news" proqramında deyib. Müğənni açıq-saçıq geyinən sənət adamlarını tənqid edib:
"Dünya ulduzlarına da baxırıq: Şakira Lopeslə konsert verdi. Fantastika idi. O səviyyədə geyinməyin həmin səviyyədə də kosnerti var idi. Tamaşaçı onların açıq yerinə yox, çıxışına baxırdı. Həmin səhnə bir estetika idi. Hər hansısa bir müğənni o səviyyədə ifa tərzinə malik deyilsə, açıq-saçıqlıqla gündəmə gəlirsə yanlışdır. Müvəqqətidir... Zamanla onlar yox olacaqlar. Biz də qoluaçıq, mini və midi geyinə bilərik. Amma yerinə görə...".