Xalq prezidenti istefaya çağırdı

Bütün Xəbərlər
12:45 01.05.2011
1784

Onların narazılığına səbəb ağır iş şəraitidir. Azxeber.com-un qərb mətbuatına istinadən verdiyi xəbərə görə, aksiyaya qoşulan 60-dan çox işçi qrupu mimimum əməkhaqqının artırılmasını tələb edib. Onlar həmçinin ölkə prezidenti Bambanq Yudhoyono və vitse-prezident Boediononu istefaya çağırıb. Minlərlə işçi şəhərin küçələrinə axışaraq prezident iqamətgahına doğru yürüş edib. Burada 7000 polis işçisi işə qarışıb və yürüşün qarşısı alınıb.

Qeyd edək ki, İndoneziyada minimum əməkhaqqı əyalətlərə görə təyin edilir. Hər il mayın 1-də minlərlə işçi buna etirazını bildirir.

OXŞAR XƏBƏRLƏR