Xalqımızın Zəfər sevinci

Xalqımızın Zəfər sevinci
SOSİAL
13:58 09.12.2023
170
2020-ci il dekabr ayının 10-da Bakıda Azadlıq meydanında Zəfər paradı keçirildi. Azərbaycan xalqı bu sevincli, qürurverici günü 30 il idi ki, gözləyirdi.

1990-cı illərin əvvəllərindən Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətinə başlamışdı. 1980-ci illərin sonundan Azərbaycanın tarixi torpaqları olan İrəvandan, Zəngəzurdan, Göyçədən 100 minlərlə azərbaycanlı didərgin salınmışdır. Sonra isə Qarabağ və ətraf rayonlara hücum çəkən ermənilər yerli azərbaycanlılara qarşı cinayətlər törətmişlər. Onların ev-eşiklərini yandıraraq, ağır işgəncələr verərək, qətlə yetirmişlər. 100 minlərlə yerli əhali isə ağır şəraitdə öz dədə-baba yurdlarını tərk edərək şaxtalı günlərdə ayaqyalın dağlarla, meşələrlə qaçmağa məcbur olmuşlar. 

Nəticədə bir milyondan çox azərbaycanlı Bakı şəhərində və respublikanın 50-dən çox rayonunda məcburi köçkün və qaçqın kimi ağır şəraitdə yaşamışdır.

Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində böyük işlər aparılmış və bu işlərin səmərəsi olmuşdur. Bunun nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı. 

BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Qarabağın tarixi barədə isə dünya ictimaiyyətinə dolğun, düzgün məlumat çatdırılmışdır.

2020-ci il noyabr ayının 8-də Azərbaycan Ordusu Şuşanı tamamilə ermənilərdən təmizləmiş və burada Azərbaycan bayrağını ucaltmışdır. Azərbaycan oğullarının bu igidliyindən sonra düşmən silahlarını atıb geri qaçmışdı.

10 noyabr 2020-ci il tarixdə isə Ermənistan məcbur olub kapitulyasiya aktına imzaladı. Kapitulyasiya aktına görə isə, bir güllə belə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı. Həmin rayonlarda Azərbaycan bayrağı qaldırıldı. Beləliklə Azərbaycan həm döyüş meydanında, həm də siyasi müstəvidə qələbə qazandı.

Otuz ilə yaxın bir müddətdə ölkəmizin əsas büdcə xərclərini məhz hərbi xərclər təşkil edirdi. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Azərbaycan heç bir ölkədən asılı olmamaq üçün hərbi texnikanı bir çox mənbələrdən almışdı. 

Respublikada siyasi sabitlik, vətəndaş birliyi tam təmin edildi. İqtisadiyyatımız  inkişaf etdirildi. Və bu inkişafın nəticəsində müharibədə qələbə qazanmaq üçün önəmli olan müasir silah-sursat əldə edildi.

Ali Baş Komandanımızın uzaqgörən siyasəti, Azərbaycan Ordusunun yüksək səviyyədə döyüşə hazırlığı və xalqımızın öz prezidentinə inamı nəticəsində ermənilərin işğal etdiyi, Azərbaycanın bir parçası olan Qarabağ cəmi 44 gün ərzində azad edildi.

Vətən müharibəsi başlanan dəqiqələrdə qardaş Türkiyə Azərbaycanın yanında oldu. Qardaş dayağını hiss edən Azərbaycan xalqı daha da ruhlandı. Qələbəyə inamı daha da artdı.

Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər paradını Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevlə bərabər  Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da qəbul edirdi.

Azərbaycan və Türkiyə prezidentlərinin Zəfər paradını birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Bütün dünya gördü ki, Heydər Əliyevin  dediyi kimi, bir millət, iki dövlət bu gün yenə də birdir, bir yerdədir. Mustafa Kamal Atatürkün dediyi kimi, Türkiyə və Azərbaycan sevincli günlərdə də, kədərli günlərdə də bir birinin yanındadır. 

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, eyni zamanda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. 

Zəfər paradında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak ediblər. Paradda Vətən müharibəsində döyüşlərdə əsl şücaət və yüksək peşəkarlıq nümunəsi göstərərək xalqımıza böyük Qələbənin sevincini yaşadan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin və digər qoşun birləşmələrinin, Hərbi Dəniz Qüvvələrinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Əlahiddə Ümumqoşun Ordusunun, Raket və artilleriya Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularının, eyni zamanda paradda Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların tribuna önündən mətin addımlarla irəliləməsi qürur hissi doğururdu.
 
Müharibədən sonra Bakıda Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi sursatlardan ibarət, böyük bir sahəni əhatə edən Hərbi Qənimətlər Parkı yaradılıb. Milyonlarla azərbaycanlı bu parkda sərgilənən yenilmiş Ermənistan ordusunun hərbi texnikasını qurur hissi ilə seyr edir.

Süleyman Cəfərov
"Xüsusi Təyinatlı Qüvvələrin şəhid ailələri və veteranları” İctimai Birliyinin
Abşeron rayon sədri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: İordaniyada həlak olan ABŞ hərbçiləri ilə bağlı araşdırmanın nəticələri açıqlanacaq
19:34 22.07.2026
Tramp: İordaniyada həlak olan ABŞ hərbçiləri ilə bağlı araşdırmanın nəticələri açıqlanacaq
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
18:51 22.07.2026
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
18:39 22.07.2026
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?