Tramp: İordaniyada həlak olan ABŞ hərbçiləri ilə bağlı araşdırmanın nəticələri açıqlanacaq

Tramp: İordaniyada həlak olan ABŞ hərbçiləri ilə bağlı araşdırmanın nəticələri açıqlanacaq
DÜNYA
19:34 22.07.2026
114
ABŞ Prezidenti Donald Tramp İordaniyada iyulun 18-də İranın zərbəsi nəticəsində həlak olan Amerika hərbçiləri ilə bağlı aparılan araşdırmanın davam etdiyini bildirib.

Tramp bunu Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib.

"İş aparılır. Nəticələri dərc olunacaq", – deyə ABŞ prezidenti araşdırmanın yekunlarının sonradan ictimaiyyətə açıqlanacağını bildirib.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, iyulun 18-də İranın İordaniyadakı obyektlərə endirdiyi zərbə nəticəsində iki amerikalı hərbçi həlak olub, bir hərbçi isə əvvəlcə itkin düşmüş hesab edilib. Daha sonra onun nəşi tapılaraq şəxsiyyəti müəyyənləşdirilib.
OXŞAR XƏBƏRLƏR