Xalqın sevimlisi olub, "xalq artisti" adı olmayan məşhurlar - SİYAHI

Xalqın sevimlisi olub, "xalq artisti" adı olmayan məşhurlar - SİYAHI
MAQAZİN
17:19 16.08.2023
3791
Azərbaycanda mədəniyyət və incəsənət nümayəndələrinə fəaliyyətlərinə görə "Xalq artisti”, "Əməkdar artist” kimi fəxri adlar verilir.

Fəxri ad məsələsi hər zaman sənət adamlarının və ictimaiyyətin müzakirəsinə hətta mübahisəsinə səbəb olan mövzuya çevrilir. Elə son günlər də bu mövzu istiqamətində müzakirələr yenidən aktualdır. Akif İslamzadənin xalq artisti adı olmaması cəmiyyətdə müzakirə edilən məsələlərdəndir. Sənətkar bir neçə gün öncə Prezidentin sərəncamı ilə "Şöhrət" ordeni ilə təlif edilib. O açıqlamasında bu təltifə görə Dövlət başçısına və Azərbaycan xalqına təşəkkürünü bildirib. 

AZXEBER.COM xalq artisti adı olmayan, lakin xalqın sevgisini qazanan bəzi məşhurların siyahısını təqdim edir: 
 
Aybəniz Haşımova


Xalqın sevgisini qazanan tanınmış sənətçi Aybəniz Haşımova 22 avqust 1968-ci ildə Gəncə şəhərində anadan olub. O Azərbaycan Respublikasının əməkdar artisti, "Bülbüllər" qrupunun yaradıcısıdır. Aybəniz Həşimova müsahibələrinin birində 1979-cu ildən səhnədə olduğunu söyləyib. 


O Bülbül adına məktəbdə təhsil alarkən dahi sənətkarımız Şövkət Ələkbərovanın muğam sinfinə daxil olub. Onun ilk tələbələri sırasında üç qızdan biri olub. Bir müddət sonra məktəbin direktoru Nazim Əliverdibəyovdan bəstəkarlıq dərsləri alıb. Aybəniz Haşımovanın tələbələri ölkəmizi dünyanın ən nüfuzlu musiqi müsabiqələrində təmsil edib, mükafata layiq görülüb.
 
Aybəniz Haşımova hər zaman müsahibələrində sənətə gəldiyinə görə Ulu Öndər Heydər Əliyevə minnətdar olduğunu deyib, o Ulu Öndər Heydər Əliyevin 100 illik yubiley ilində bir neçə konsert verib. Əməkdar artist ötən il Şuşada baş tutan "Xarıbülbül" festivalında tələbələri ilə birlikdə "Vətəndən pay olmayır" mahnısını ifa edib və ən böyük arzularından birinə çatdığını deyib. 
 
O hazırda "Sənət Akademiyası"nın rəhbəridir. Aybəniz Haşımovanın həyat yoldaşı "Vətən uğrunda" medalı laureatı Xalid Quliyev Qarabağ uğrunda döyüşlərində şəhid olub. 

Zakir Əliyev

 
Sənətçi 1968-ci ildə Neftçala rayonunun Xolqarabucaq kəndində doğulub. Bülbül adına orta ixtisas musiqi məktəbində professor Arif Babayevin sinifində muğam təhsili alıb. Bununla yanaşı, Şövkət Məmmədova və İslam Rzayev onun müəllimləri olub. Zakir Əliyev Mədəniyyət və İncəsənət Universitetini bitirib.
1985-ci ildə Moskvada keçirilən "Gənclərin və tələbələrin XII ümumdünya festivalı"-nın diplomantı olub. Həmin dövr üçün böyük uğurlardan biri "Leyli və Məcnun" əsərini Moskvada Bolşoy teatrda da ifa etməsi olub. 1998-ci ildə Sumqayıt şəhərində Səid Rüstəmov adına 3 saylı musiqi məktəbində xanəndəlik fənnini tədris edib.

Sonra isə 2005-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbində xanəndəlik fənnini tədris etmişdir.

2009-cu ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetində, Muğam kafedrasında müəllim kimi fəaliyyətinə davam edib. 2015-ci ildən isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetinin, Muğam kafedrasında baş müəllim vəzifəsində çalışır. Muğam ifaçısı 2013-cü ildə Azərbaycan Respublikasının "Əməkdar Artisti” fəxri adını alıb.

Firuzə İbadova


Müğənni Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirib. 1963-cü ildə uşaq yaşlarında səhnəyə gələn müğənninin ilk oxuduğu ansambl Əfsər Cavanşirovun xoru olub. 
Uzun illər "Azkonsert"in, "Dan ulduzu" ansamblının, Azərbaycan Dövlət Televiziyasının solisti kimi çalışıb. Firuzə İbadova görkəmli sənətkar Şövkət Ələkbərovanın ilk tələbəsi kimi də tanınır.


Nuriyyə Hüseynova

 
Nuriyyə İsmayıl qızı Hüseynova 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. 1983-1987-ci illərdə beynəlxalq müsabiqələrə qatılıb və dövlət konsertlərində uğurla çıxış etmişdir. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. 1995-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində müəllimə çalışır. 1995-ci ildən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solistidir. 2000-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. Nuriyyə Hüseynovanın həyat və yaradıcılığından bəhs edən "Qəlbi asiman kimi" və "Sən olmasaydın" adlı kitablar çapdan çıxıb. 2007-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının "Əməkdar artisti” fəxri adına layiq görülüb. 2021-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb.

Aygün Bəylər

22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.
1988 ildə yaradılan Azərbaycan Dövlət uşaq filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə filarmoniyaya qəbulunu keçirir. 13 yaşlı Aygun filarmoniyaya qəbul edilir. Professional səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir. Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk professional çıxışlar, xarici ölkələrə , müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayır. 1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayır – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edir.

Görkəmli sənətkarlar - Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcədə Alim Qasımovdan muğamın incəliklərini öyrənir.
2002-ci ildə "Əməkdar Artist” fəxri adına layiq görülüb.

O dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarının daimi iştirakçısı kimi solo konsertlərlə çıxışlar edib. 

Teymur Əmrah

Teymur Əmrah 8 oktyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. İncəsənət gimnaziyasının vokal sinfi üzrə Sergey Zarenbonun sinfini bitirib. İlk müəllimləri Gəncə şəhər Uşaq yaradıcılıq evində görkəmli musiqişünas Oqtay Nağıyev, Ağdam rayonu Uşaq yaradıcılıq evinin məşhur "Qarabağ bülbülləri" ansamblının rəhbəri Murad Rzayev, Gəncə şəhər 6 nömrəli klubun direktoru Kifayət Əmirov olub.
1990-cı ildə Bakı Musiqi Akademiyasının Vokal sinfinə daxil olub. Burada görkəmli Opera müğənnisi Firudin Mehdiyevdən, Aktyor sənətindən Teatr və Kino aktrisası Şəfiqə Məmmədovadan dərs alıb. 1994-cü ildə indiki Heydər Əliyev adına Sarayda Solo konsert keçirib. 2020-ci ildə Heydər Əliyev adına Sarayda "Bu dünya bir nərdivandı" adlı solo konserti keçirilib. Müxtəlif illərdə Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində mahnı janrından dərs demişdir. 20 il Azərbaycan Dövlət Mahnı Teatrında Solist kimi fəaliyyət göstərmişdir.
Hazırda Azərbaycan Televiziyası və Radiosunun solistidir. 2012-ci ildən Azərbaycan Respublikasının "Əməkdar artisti”dir.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
20:57 31.05.2025
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
20:33 31.05.2025
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
20:11 31.05.2025
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
Salyanda 40 tonluq ot tayası yandı
19:49 31.05.2025
Salyanda 40 tonluq ot tayası yandı