Xameneinin dəfnində Azərbaycandan bu şəxslər iştirak edəcək

Xameneinin dəfnində Azərbaycandan bu şəxslər iştirak edəcək
SİYASƏT
20:11 02.07.2026
526
İranın sabiq Ali rəhbəri Seyid Əli Xameneinin dəfn mərasimində Azərbaycandan nümayəndə heyəti iştirak edəcək.

AZXEBER.COM xəbər verir ki, nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmilər daxildir.

Qeyd edək ki, Əli Xameneinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.

Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.
OXŞAR XƏBƏRLƏR