Katarakt

Xanım boksçumuz barəsində cinayət işi açıldı

İDMAN
16:30 19.07.2019
3215
Boks üzrə milli komandamızın üzvü Məryəm Cəbrayılova barəsində cinayət işi başlanıb.

AZXEBER.COM "oxu.az”a istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozma) maddəsi ilə ittiham irəli sürülüb.

Belə ki, o, Günay Zeynalovaya qarşı xuliqanlıq edib.

M.Cəbrayılovanın cinayət işinin ibtidai istintaqı yekunlaşıb və baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Ağamalı Qafarovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, zərərçəkmiş G.Zeynalova daha əvvəl mətbuata açıqlamasında bildirib ki, avtomobillə Xaqani bağı istiqamətində hərəkət edərkən əks yoldan daxil olan M.Cəbrayılovanın da içərisində olduğu avtomobil onun qarşısını kəsib və yolu bağlayıb.

G.Zeynalova etirazını bildirdikdə isə avtomobildən düşən M.Cəbrayılova ona hücum edib, pəncərədən əlini uzadıb, üzünə yumruq vurub. Hətta yenicə əməliyyat olsa da, onun yarasının üstünə zərbələr endirib.

M.Cəbrayılova açıqlamasında yaşananların G.Zeynalova tərəfindən şişirdildiyini və həmin qadına əl qaldırmadığını deyib. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:26 27.07.2021

İşğaldan azad olunmuş Günəşli kəndi - VİDEO

19:02 27.07.2021

Səməd Səmədovun nəvəsi: “Arzulayırdım ki, toyumda iştirak edəsən”

18:55 27.07.2021

ANAMA-nın Cəbrayılda minaya düşən əməkdaşı evə buraxıldı

18:48 27.07.2021

Azərbaycan və Rusiya mövsümi təbii qaz mübadiləsi sahəsində əməkdaşlığı təkmilləşdirir

18:40 27.07.2021

“Ay Qonşu” restoranı cərimələndi - TAM SİYAHI

18:25 27.07.2021

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

18:17 27.07.2021

MN: Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutuldu

18:15 27.07.2021

Bakıda qumbara partlayışına görə cinayət işi açıldı

18:15 27.07.2021

COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq hazırlandı

18:06 27.07.2021

Təhsil kreditlərinin hansı tələbələrə veriləcəyi açıqlandı

17:57 27.07.2021

Təhsil tələbə kreditinin hansı bankların verəcəyi məlum oldu

17:45 27.07.2021

Polislərin toylara nəzarəti niyə artıb? - VİDEO

17:28 27.07.2021

Bank Respublika media nümayəndələri üçün Lənkəran rayonuna press-tur təşkil etdi - FOTOLAR

17:22 27.07.2021

"Aqroservis"dən mediatur: Müasir texnikalar, yeni nəsil dağ kombaynları və digər innovativ texnologiyalar nümayiş olunub

17:17 27.07.2021

Bakıda özünü qumbara ilə partladan şəxsin kimliyi məlum oldu

16:50 27.07.2021

AccessBank 2021-ci ilin birinci yarısının maliyyə hesabatını açıqladı