Fanatına “arxa otağa keçək və mən sübut edim” dedi, serialı dayandırıldı

MAQAZİN
00:21 06.12.2019
8686
Son günlər qalmaqallarda adı hallanan türkiyəli aktyor Can Yaman İtaliyada "Survivor” yarışmasını apacaq.

Seriallarda oynadığı qadın həmkarlarını və onun sevən xanımları təhqir edən  aktyorun fevral ayında çəkilməsi planlaşdırılan "Can borcu” serialı da təxirə salınıb. Aktyorun İspaniyada televiziya proqramında tamaşaçıya "arxa otağa keçək və mən sübut edim” sözləri deməsi serialın prodüserini əsəbləşdirib.

Yanvarda əsgərliyə gedən Canın artıq fevral ayında serial çəkilişlərinə başlaması və mart ayından serialın təqdim olunması təsdiqlənmişdi. Amma qalmaqallı açıqlamalara görə serialın gələn ilin sentyabr ayında çəkilməsi nəzərdə tutulub.  

Hətta prodüser Canı baş verən hadisələrdən uzaqlaşdırmaq üçün onu xaricə istirahətə göndərib. Tətildən sonra aktyor İtaliyada "Survivor” yarışmasını aparacaq.  Aparıcılıq etməsi Türkiyə mətbuatından və qalmaqallardan uzaq olması ilə bağlıdır.  

Xatırladaq ki, Can Yaman öncə serialın reytinqli olması üçün qadın həmkarları ilə "mütləq sevgili olunmalıdır” fikri ilə Türkiyədə qınaq obyektinə çevrilib.

Eyni zamanda, Can müsahibələrinin birində həmkarı Demet Özdemirlə iyirminci seriyadan sonra sevgili olduqlarını etiraf edib. 

Son olaraq isə  İspaniyada yerli televiziya proqramlarından birinə qonaq olan aktyorun xanımlardan birinin verdiyi "buradan Can Yamanın mükəmməl, ideal bir insan olduğunu düşünərək gedəcəyik. Ancaq bizə Can Yamanın bu dünyadan olduğunu sübut edə biləcək nələrsə deyə bilərsən?” sualına "arxa otağa keçək və mən sübut edim” cavabını verməsi qalmaqala səbəb olub.  

Qeyd edək ki, Can Yaman "Erkençi Kuş” serialı ilə dünyada tanınıb. Son vaxtlar isə xarici ölkələrə səfərləri və açıqlamaları ilə gündəmdədir.
 
///Oxu.Az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:15 06.08.2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlanıb

20:01 06.08.2020

Polislər Buzovnada və Dənizkənarı Milli Parkda üç nəfəri boğulmaqdan xilas etdilər - FOTO

19:41 06.08.2020

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

19:14 06.08.2020

“Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum beynəlxalq məsuliyyət yaradır”

19:07 06.08.2020

Bakının bəzi küçə və prospektlərində tıxac var - FOTO

18:55 06.08.2020

Almaniya və Fransada rekord göstərici

18:37 06.08.2020

Daha bir kafenin sahibi və müştəriləri cərimələndi - FOTO

18:31 06.08.2020

Qurban Məmmədovun “konfederasiya” və “federasiya” ilə bağlı fikirlərinin arxasında hansı maraq dayanır?

18:19 06.08.2020

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir

18:08 06.08.2020

Kiyevdə erməninin azərbaycanlı tələbələrə silahlı hücumunun görüntüləri ortaya çıxıb - VİDEO

17:59 06.08.2020

“Lavanguardia” qəzeti: Ermənistan başa düşməlidir ki, Azərbaycanın səbri tükənməz deyil

17:55 06.08.2020

Azərbaycana xaricdən 215 həkim gətirilib

17:53 06.08.2020

Sərdar Ortaç Ağamirzənin "Ana" qəzəlini dedi - VİDEO

17:51 06.08.2020

Mikayıl Cabbarov: “Valyuta məzənnəsi tam sabitdir, xarici və daxili dövlət borcu artmayıb”

17:42 06.08.2020

Baş Nazir: "Azərbaycanda yaxın zamanlarda karantin rejimi yenidən yumşaldılacaq"

17:35 06.08.2020

190 manat kimlərə veriləcək? - Nazirlikdən açıqlama

X Mostbet