Xanım ofisant 31 yaşlı sərxoş müştərini bıçaqladı

Xanım ofisant 31 yaşlı sərxoş müştərini bıçaqladı
Bütün Xəbərlər
07:44 08.10.2012
949
Gecə Bakının Binəqədi rayonunda kafedə qulluqçu işləyən qadın həmin kafeyə şam yeməyinə gələn müştərini bıçaqlayıb. Hadisə Xırdalan dairəsi adlanan ərazidə yerləşən “Arzu” kafesində baş verib. Hadisə şahidlərinin bildirdiyinə görə, 31 yaşlı Mirzəyev Mirdaməd Mirseyid oğlu həmin kafeyə gələn zaman sərxoş vəziyyətdə olub. Bu vaxt o, masaya xidmət edən xanıma qarşı nalayiq ifadələr də işlətdiyindən onların arasında mübahisə yaşanıb. Mübahisə zəminində Mirdaməd Mirzəyev həmin xanımı bərk döyməyə başlayıb.Sərxoş müştərinin əlindən birtəhər canını qurtaran xidmətçi qadın özünü mətbəxə verib və əlində bıçaq Mirdamədin qarşısına çıxaraq onu bıçaqlayıb. Qarın nahiyəsindən bir bıçaq yarası alan Mirdaməd Mirzəyevi yanında olan dostları təcili 1 saylı xəstəxanaya çatdırıblar və onun üzərində cərrahi əməliyyat aparılıb.
OXŞAR XƏBƏRLƏR