Xanım Qafarovanın ölümündən öncə çəkilən son görüntüsü - VİDEO

Xanım Qafarovanın ölümündən öncə çəkilən son görüntüsü - VİDEO
Bütün Xəbərlər
16:44 11.07.2014
8122

Xəbər verdiyimiz kimi, Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Xanım Qafarova bu gün yaşadığı mənzildə vəfat edib.

AZXEBER.COM-un məlumatına görə, mərhumun dəfn mərasimi bu gün keçiriləcək. Hazırda onun yaşadığı mənzilin qarşısına onu sevənlərlə yanaşı sənət adamları, millt vəkilləri gəlib.

Xatırladaq ki, mərhum aktrisa xərçəng xəstəliyindən əziyyət çəkirdi.Qeyd edək ki, Xanım Qafarova 1967-ci ildə anadan olub. Teatr və musiqi sənətlərinə erkən yaşlarından maraqlanıb, uğurlu çıxışlar edərək 1-ci, 2-ci və 3-cü Ümumittifaq xalq yaradıcılığı festivallarının laureatı olub. Bir müddət xalq artisti Lütfi Məmmədbəyovun xalq teatrında məşğul olub, bu zaman "Bahar suları" əsərində Turac, "Mənim nəğməkar bibim"də Nəğməkar bibi, "Kişilər"də Səmayə, "Aydın"da Gültəkin, "Oqtay Eloğlu"nda Firəngiz, "Yad qızı"nda Nazan, "Mavi Mazurka"da Böyük Bibi və başqa tamaşalarda əsas rolları oynayıb.1996-cı ildə Dövlət Musiqili Teatrına dəvət olunan aktrisa "O olmasın bu olsun"da Gülnaz, "On min dollarlıq keyf"də Bağdagül, "Nəğməli könül"də Könül, "Hərənin öz ulduzu"nda Məleykə, "Səhnədə məhəbbət"də Röya, "Bankir adaxlı"da Məleykə, "Məhəbbət oyunun"da Qəmər, "Dəli dünya"da , "Talelər qovuşanda" əsərində Sona, "Aldın payını, çağır dayını" tamaşasında xəbərçi Xədicə, "Şeytanın yubileyi"ndə Xəyalə kimi yaddaqalan obrazlar yaradıb.Xanım Qafarova 2003-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına, 9 may 2012-ci və 30 aprel 2014-cü ildə Prezident Mükafatına layiq görülübAllah rəhmət eləsin !

OXŞAR XƏBƏRLƏR