Xanım Qafarovaya son alqışlar - FOTOLAR

Xanım Qafarovaya son alqışlar - FOTOLAR
Bütün Xəbərlər
18:18 11.07.2014
9383
Bu gün günorta saatlarında vəfat edən əməkdar artist Xanım Qafarova ilə vida mərasimi keçirilib. 
Mərasim aktrisanın evində təşkil edilib. ANS PRESS-in vida mərasimində iştirak edən əməkdaşının verdiyi məlumata görə, artıq mərhumənin cənazə namazı qılınıb və o dəfn edilmək üçün alqışlarla son mənzilə yola salınıb.
Mərasimdə aktrisanın yaxınları ilə yanaşı sənət yoldaşları da iştirak edir.
Xatırladaq ki, aktrisa bir necə il süd vəzi xərçəngindən əziyyət çəkib. O bir necə dəfə Türkiyədə müalicə edilib. Sabah isə müalicə üçün İsrailə getməli idi.
Allah rəhmət eləsin.
OXŞAR XƏBƏRLƏR