Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür

Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür
SOSİAL
12:27 02.06.2025
592
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında aparılan genişmiqyaslı tikinti və bərpa işləri çərçivəsində ərazilərdə işğal dövründə inşa edilmiş qanunsuz tikililərin söküntüsü aparılır.

Bu barədə Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov "Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda çıxışı zamanı bildirib ki, 30 ildən artıq işğal altında olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında ermənilər tərəfindən xeyli sayda özbaşına tikinti işləri aparılıb.

O qeyd edib ki, pərakəndə tikintilər şəhər və rayonların memarlıq üslubuna xeyli zərər gətirib:

"Azərbaycanın memarlıq üslubuna aid olmayan bu tikililərin əksəriyyəti tikinti qaydalarına və normalarına görə çox keyfiyyətsiz inşa edilib. Bu səbəbdən də həmin tikililər sökülür".

E.Yusubov vurğulayıb ki, hazırda Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin böyük şəhərciyi salınır:

"Buna görə universitet ətrafında da böyük ərazidə söküntü işləri həyata keçirilir. Ərazidə tikinti normalarına cavab verən tikililər isə saxlanılır".

Prezidentin xüsusi nümayəndəsi çıxışında keçmiş məcburi köçkünlərlə bağlı görülən işlərə də toxunub:

"Xocalı rayonunun Ballıca kəndində 200 ev bərpa olunub. Hazırda həmin kənddə bərpa işləri davam edir. Ağdərə rayonunun Talış, Suqovuşan və Həsənriz kəndlərində yenidənqurma işləri və həmin kəndlərə köç prosesi aparılıb. Bundan başqa Ağdərə rayonunun bir çox yaşayış məntəqələrində tikinti bərpa işləri həyata keçirilir. Şəhər, kənd və qəsəbələrə köç edən əhalinin məşğulluq məsələləri xüsusi diqqətdə saxlanılır. Bura özəl sektor tərəfindən 45 milyon manata yaxın investisiya qoyulub. Nəticədə burda xeyli iş yerləri yaradılıb".

Xüsusi nümayəndə əlavə edib ki, Xankəndi şəhərində emal müəssisələrinin yaradılması, Ağdərə və Xocalı rayonlarında kənd təsərrüfatının inkişaf etdirilməsi də nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ştaynmayer Çini beynəlxalq nizamın qorunmasına töhfə verməyə çağırıb
18:35 30.10.2026
Ştaynmayer Çini beynəlxalq nizamın qorunmasına töhfə verməyə çağırıb
"Mançester Yunayted" qışda Dominik Kalvert-Lyuini heyətinə qatmağa çalılşacaq
18:12 30.10.2026
"Mançester Yunayted" qışda Dominik Kalvert-Lyuini heyətinə qatmağa çalılşacaq
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
17:53 30.10.2026
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:40 30.10.2026
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqləndi
17:28 30.10.2026
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqləndi
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi
17:18 30.10.2026
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi
Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır
17:00 30.10.2026
Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
16:33 30.10.2026
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
Prezident onları təltif etdi - Adlar
16:17 30.10.2026
Prezident onları təltif etdi - Adlar
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
16:06 30.10.2026
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
16:03 30.10.2026
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
15:34 30.10.2026
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
15:32 30.10.2026
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
15:29 30.10.2026
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
15:11 30.10.2026
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
15:10 30.10.2026
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?