Xankəndidə güclü partlayış: bir nəfər öldü - FOTO

Xankəndidə güclü partlayış: bir nəfər öldü - FOTO
SOSİAL
21:38 13.02.2026
705
Xankəndi şəhərində yaşayış binasında partlayış baş verib.

AZXEBER.COM Yenisabah-a istinadən xəbər verir ki, hadisə nəticəsində Laçın rayon Şəlvə kənd sakini, 1980-ci il təvəllüdlü İsgəndər Hüseynalı oğlu Hüseynov ağır yanıq xəsarətləri alıb.

O, Bakıya təxliyə edilib və 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib (təmirlə əlaqədar bu xəstəxana Buzovnadakı 14 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülüb). İ.Hüseynov burada 3 gün müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun qardaşı Qələndər Həsənov bildirib ki, hadisəyə partlayıcının işə düşməsi səbəb olub:

"Qardaşım "Azinvest İnşaat" QSC-nin Xankəndidə həyata keçirdiyi tikinti sahəsində mühafizəçi işləyirdi. Həmin şirkətin fəhləsi Rəşad Çingiz oğlu Əliyevlə bir mənzildə kirayədə qalırdılar. Rəşad şəhərdə raketin partlayıcı hissəsini tapıb, evə gətirib və onu kəsib-doğrayan zaman əlində alışıb. İsgəndər həmin vaxt yatırmış. Rəşad alışmış partlayıcını yerə atıb və qardaşımı köməksiz vəziyyətdə qoyaraq qaçıb. Həmin vaxt mənzilin qapısı bağlı olub. Lakin niyə bağlı olduğu bizə də məlum deyil. Bunların yaşadığı mənzil binanın ikinci mərtəbəsində yerləşir. Qardaşım pəncərəni qırıb kömək istəyəndə bizim qohumlardan biri görüb və məlumat verib ki, filankəs kömək istəyir. Yalnız bundan sonra İsgəndəri mənzildən çıxarmaq mümkün olub".

Q.Həsənovun sözlərinə görə, həmin axşam qardaşını Bakıya gətiriblər, bədənin böyük hissəsinin yanığı ilə 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə aparıblar:

"Həkimlər dedilər ki, bədənin 85 faizi yanıb. Həmin vaxt İsgəndər hələ danışa bilirdi. O deyirdi ki, partlayış oldu, amma necə baş verdiyini bilmirəm. Üç gün sonra xəstəxanada vəfat etdi".

O, deyib ki, hadisə ilə bağlı Xankəndi Şəhər Prokurorluğunda cinayət işi başlanılıb:

"Qardaşım keçmiş polis əməkdaşı olub. 14 il çalışdıqdan sonra ailə vəziyyətinə görə işdən çıxıb. Daha sonra "Azinvest İnşaat" QSC-də mühafizəçi işləyirdi. Hadisə ilə bağlı Xankəndi Şəhər Prokurorluğunda cinayət işi açılıb"

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dənizə girməyin, bina və reklam lövhələrindən uzaq durun! - XƏBƏRDARLIQ
19:04 26.07.2026
Dənizə girməyin, bina və reklam lövhələrindən uzaq durun! - XƏBƏRDARLIQ
Sibiqa Tokayevə təşəkkür edib: Ukrayna müharibənin cəbhə xətti boyunca dondurulmasına razılıq verib
18:53 26.07.2026
Sibiqa Tokayevə təşəkkür edib: Ukrayna müharibənin cəbhə xətti boyunca dondurulmasına razılıq verib
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
18:44 26.07.2026
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
18:38 26.07.2026
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
İrlandiyada türk məscidinə hücum edilib
18:33 26.07.2026
İrlandiyada türk məscidinə hücum edilib
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
18:29 26.07.2026
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”
18:17 26.07.2026
Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”
“Buna görə Ukraynaya cavab verəcəyik”
18:10 26.07.2026
“Buna görə Ukraynaya cavab verəcəyik”
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
18:06 26.07.2026
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
Kremldən Vaşinqtona xəbərdarlıq - “Bir tərəfdən silah verirsiniz, digər tərəfdən...”
18:00 26.07.2026
Kremldən Vaşinqtona xəbərdarlıq - “Bir tərəfdən silah verirsiniz, digər tərəfdən...”
Türkiyədə ət emalı zavodunda kütləvi zəhərlənmə olub
17:53 26.07.2026
Türkiyədə ət emalı zavodunda kütləvi zəhərlənmə olub
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
17:47 26.07.2026
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
Konqoda Ebola virusuna yoluxma sayı artır, tibb işçiləri tətilə başlayıb
17:38 26.07.2026
Konqoda Ebola virusuna yoluxma sayı artır, tibb işçiləri tətilə başlayıb
İran ABŞ-nin itkilərini açıqladı: FANTASTİK RƏQƏM
17:29 26.07.2026
İran ABŞ-nin itkilərini açıqladı: FANTASTİK RƏQƏM
Britaniyanın Keniyada hərbi təlimi ləğv etməsinin səbəbləri açıqlanıb
17:22 26.07.2026
Britaniyanın Keniyada hərbi təlimi ləğv etməsinin səbəbləri açıqlanıb
Əl Şaraa: İsraillə münaqişə Suriyanın maraqlarına uyğun deyil
17:14 26.07.2026
Əl Şaraa: İsraillə münaqişə Suriyanın maraqlarına uyğun deyil