‘Xankəndini, Kərkicahanı unutmadıq və unutdurmayacağıq!’

‘Xankəndini, Kərkicahanı unutmadıq və unutdurmayacağıq!’
Bütün Xəbərlər
18:11 28.12.2012
664

Millət vəkili Qənirə Paşayeva "Xankəndini, Kərkicahanı unutmadıq və unutdurmayacağıq!" şüarı ilə sosial şəbəkələrdə bir kampaniya başlamağı təklif edib.  “Bu gün hamımız üçün ağır bir gündür. Düz 21-il əvvəl Kərkicahanın işğalı ilə Xankəndi tamamilə Ermənistanın işğalı altında qaldı və digər rayonların işğalı prosesi başladı”. AZXEBER.COM xəbər verir ki, bu fikirləri millət vəkili Qənirə Paşayeva Xankəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının ildönümü ilə bağlı Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında keçirilən tədbirdəkı çıxışı zamanı söyləyib. Qənirə Paşayeva çıxışı zamanı bütün Azərbaycan gəncliyini dünyanın harasında doğulub yaşamasından asılı olmayaraq bu günü sosial şəbəkələrdə Xankəndi, Kərkicahan günü elan etməyə və virtual məkanın, sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb.  Bu gün "Xankəndini, Kərkicahanı unutmadıq və unutdurmayacağıq!" şüarı ilə sosial şəbəkələrdə bir kampaniya başlamağı təklif edən millət vəkili Qənirə Paşayeva Xankəndi şəhərinin, Kərkicahan qəsəbəsinin Ermənistan tərəfindən işğal edilməsi, bu işğal zamanı Ermənistan tərəfindən törədilən vandalizm aktları, Xankəndinin tarixi barədə məlumatların müxtəlif dillərdə gənclər tərəfindən sosial şəbəkələrdə geniş şəkildə yayılmasını və öz xarici dostlarını bu materiallarla tanış etmələrinin vacibliyini qeyd etdi: "Mən bütün gəncliyi çağırıram ki, Xankəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 21 ildönümü ilə bağlı "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının" Xankəndinin, Kərkicahanın işğalı bağlı dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara ünvanlanan və müxtəlif dillərə tərcümə olunan müraciətini beynəlxalq təşkilatlara, beynəlxalq qeyri hökumət təşkilatlarına, insan haqları təşkilatlarına, müxtəlif ölkələrin millət vəkillərinə, siyasətçilərinə, KİV və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə göndərsinlər". Millət vəkili Qənirə Paşayeva dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarını daha da fəal olmağa səslədi və türk diaspor təşkilatları ilə birgə əlaqəli şəkildə fəaliyyət göstərməyin vacibliyini qeyd edib.



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
15:45 28.06.2025
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
15:28 28.06.2025
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
15:14 28.06.2025
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
14:46 28.06.2025
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
14:21 28.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI