"Xarıbülbül" festivalının tarixi: Ulu öndərin və şəhidlərimizin ruhu şaddır - VİDEO

SOSİAL
17:25 13.05.2022
259
Xəbər verdiyimiz kimi, Şuşa şəhərinin Cıdır düzündə 5-ci "Xarıbülbül” musiqi festivalı keçirilir.
 
AZXEBER.COM bu bu festivalın tarixinə ekskursiya etmək qərarına gəlib.
 
Festival ilk dəfə 1989-cu ildə Şuşa şəhərində keçirilib. Və həmin ildən etibarən hər ilin may ayında keçirilməsi qərara alınıb. 1990-cı ildə Xarıbülbül festivalı Beynəlxalq status alıb.
 
1990-1991-ci illərdə keçirilmiş festival isə Bakıdakı Respublika sarayında keçirilib. 1992 ci ildə keçirilməsi nəzərdə tutulan 4-cü festival Qarabağ müharibəsi səbəbi ilə alınmayıb. Keçirilən festivallarda onlarla ölkənin nümayəndələri iştirak edib.
 
2020 ci il noyabrın 8 də Şuşa şəhərinin azad olunması ilə Prezident İlham Əliyev 29 illik aradan sonra yenidən "Xarıbülbül” musiqi festivalının keçirilməsinə nail olub. Ötən il 4 cü "Xarıbülbül” festivalı keçirilən zaman Heydər Əliyevin Şuşa ilə bağlı nitqi səsləndirilmişdi.
 
Şuşa deyəndə ağlımıza gələn Xarıbülbül ikinci Qarabağ müharibəsindən sonra Şəhidlərimizin xatirəsinə hörmət əlaməti olaraq Vətən müharibəsinin zəfər simvoluna çevrildi.
 
Oksana Orucova,
Hüseyn Həsənov 

OXŞAR XƏBƏRLƏR