Dövlət Proqramı ilə bu il 500 gənc xaricdə təhsil alacaq.
AZXEBER.COM xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransı zamanı deyib.
indiyədək proqram çərçivəsində 2 252 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.
Bildirilib ki, cari ildə proqram çərçivəsində 500 gənc xaricdə təhsil almaq hüququ əldə edib.
Onlardan 155 nəfəri dünyanın ən nüfuzlu ilk 10 universiteti sırasında yer alan ali təhsil müəssisələrində təhsil alacaq.
Şahanə











































