"Biz vətəndən uzaq yerdə təhsil alırıq. Bu səbəbdən Azərbaycanın milli, tarixi və mənəvi dəyərlərini, mədəniyyətini digər xalqlara çatdırmağa çalışırıq. İstəyirik ki, Azərbaycan həqiqətlərini bütün dünya bilsin. Bizim əsas məqsədimiz Azərbaycan həqiqətlərini, mənəvi dəyərlərini 65 ölkə diasporasına və Kipr türklərinə çatdırmaq, mədəniyyətimizi dünyaya tanıtdırmaqdir". Bu sözləri AZXEBER.COM-a açıqlamaslnda Şimali Kipr Türk Cümhuriyyəti Doğu Akdeniz Universitetinin tələbəsi Fərid Həsənzadə deyib.
O həmçinin təhsil aldığı ölkə haqda da məlumat verib: "Kipr adası 9.251 km²-lik ərazisi ilə Aralıq dənizinin Siciliya və Sardiniya adalarından sonra üçüncü böyük adasıdır və Aralıq dənizinin şimal şərqində yerləşir. Kipr Aralıq dənizi iqlim tipində yerləşir. Yayı isti və quraq, qışı mülayim və yağışlıdır.Yay ərzində Orta temperatur yayda 20-340° C kimi yukselir, qışda isə 5-15° C olur. Kipr hər fəsil müxtəlif rənglərə bürünən endemik növ ağac və bitkilərin yerləşdiyi bitki örtüyünə malikdir"