"Xaricdə təhsil alan tələbələr seçki ilə bağlı maarifləndirilir"

"Xaricdə təhsil alan tələbələr seçki ilə bağlı maarifləndirilir"
GƏNCLİK
18:17 05.03.2018
2693
"Çalışacağıq ki, xarici ölkələrdə - paytaxtdan kənarda təhsil alan gənclərimizin seçkidə iştirakını asanlaşdıraq”.
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında "Gəncliyin Elmi Mədəni İnkişafı” İctimai Birliyinin sədri Sərdar Yusifoğlu deyib. 

Ölkə daxilində yaşayan vətəndaşlarla yanaşı, xaricdə təhsil alan tələbələrimizin də seçkidə iştirakı vacibdir. Bunun üçün aidiyyəti Dövlət Qurumları və Qeyri-Hökumət Təşkilatları qarşıdan gələn növbəti prezident seçkiləri ilə bağlı təbliğat və təşviqat işləri aparır.
 
Bu baxımdan "Gəncliyin Elmi Mədəni İnkişafı” (GEMİ) İctimai Birliyi tərəfindən də xaricdə təhsil alan təlbələrimizin seçki fəallığının artırılması üçün maarifləndirmə işləri tam gücü ilə başlamışdır.
 
Sərdar Yusifoğlu qeyd etdi ki, məqsədləri xaricdəki tələbələrimizin seçkidə iştirakını asanlaşdırmaqdır: "Bildiyimiz kimi, "GEMİ” dünyanın təxminən 12 ölkəsinə tələbələr göndərir. Bizim həm bakalvar, həm magistratura, həm doktorantura, həmçinin xarici dili öyrənmə kursları, eləcə də müxtəlif sahələr üzrə təcrübələrin artırılması proqamları üzrə xaricdə təhsil alan tələbələrimiz var. Artıq bir neçə ildir ki, bu proses baş verir. Və bizim təşkilatın İdarə Heyəti tərəfindən belə bir təşəbbüs irəli sürüldü ki, öz hesabımıza bu tələbələrin seçki ilə bağlı maarifləndirilməsinə kömək olaq. Bizim xaricdəki bir çox səfirliklərimiz sözügedən ölkələrin paytaxtında yerləşir. Paytaxtdan uzaq şəhərlərdə təhsil alan tələbələrimizin isə seçkiyə gəlməsi üçün vaxt və maliyyə çətinlikləri ola bilər. Ona görə biz qərara gəldik ki, paytaxtdan kənarda təhsil alan gənclərimzin seçkidə iştirakını asanlaşdıraq. Eyni zamanda onların səfirliklərlə əlaqələrini daha da möhkəmləndirək. Əvvəlcə Amerika, Almaniya, İsveçrə və Ukraynadakı səfirliklərimizlə danışıqlar aparacağıq. Biz xahiş edəcəyik ki, tələbələrin səsvermə ilə bağlı hər hansı çətinliyi yaranarsa, onlara operativ şəkildə köməklik göstərilsin”.
 
Yusifoğlu çıxışında onu da bildirdi ki, tələbələrlə görüşlər keçirilib, eyni zamanda onlar arasında sorğu aparılıb: "Elə tələbələr var ki, paytaxta getmək üçün 23 saat vaxt sərf edir. Bu da tələbə üçün həm yol, həm də yemək pulunu ödəmək baxımından çətindir. Çalışacağıq ki, tələbələrin belə xırda məsələləri həll olunsun ki, onlarda ruh yüksəkliyi yaransın”. Sərdar bəy tələbələr arasında maarifləndirmə işlərinə artıq başlandığını vurğuladı: "Bizim Ukrayna və Amerika nümayəndəliklərimiz təlimatlandırılıb ki, görüşlər aparsınlar. Mart ayından  isə fəaliyyətimizi intensivləşdirəcəyik və aprelin ilk həftələrinə kimi davam edəcəyik.. Bununla bağlı mart ayının 3-cü on günlüyündə ABŞ-ın bir neçə ştatında Azərbaycanlı tələbələrlə görüş təşkil olunacaqdır. Ən çox tələbənin cəmləşdiyi Massaçusets ştatının paytaxtı Boston şəhərində, Vaşinqtonda, İsveçrədə , Berlində,  Kiyev və Lvovda tələbələr arasında maarifləndirmə işləri aparacağıq”.
 
Yeri gəlmişkən, "GEMİ” İB sosial şəbəkələrdə də maariflənmə işlərini davam etdirir. "Facebook”da "GEMİ”-nin üzvlərinin təşəbbüsü ilə 2013-cü ildə yaradılmış "Prezidentə Dəstək” qrupu öz əhatəsini genişləndirməkdədir: "Nəinki təkcə gənclər, bütün Azərbaycan xalqı Prezidenti dəstəkləyir. Biz xalqla ünsiyyətdə olanda, həmçinin sosial şəbəkələrdə bunu müşahidə edirik. Bizim 2013-cü ildə yaratdığımız "Prezidentə Dəstək” qrupuna qısa müddətdə 23 mindən artıq insanın qatıldığnın şahidi olduq. 2018-ci ildə də qrupun fəallığı davam edərək 31 minə çatmışdır.  Fürsətdən istifadə edib bütün dəstəkçilərə "GEMİ”-nin rəhbəri olaraq minnətdarlığımı bildirirəm”.
 
Həmsöhbətimizin  fikrincə, gənclərdə güclü seçki fəallığı hiss olunur: "Artıq biz əvvəlki onilliklə indiki onilliyi müqayisə edəndə görürük ki, gənclərdə siyasi təfəkkürün oyanması daha geniş hiss olunur. İctimai təşkilatların çoxalması və fəaliyyətlərinin genişlənməsi gənclərdə bu fikri formalaşdırır. Artıq gənclərin bir hissəsi QHT-lərdə, digər hissəsi isə fərdi şəkildə inkişaf etməyə başlayırlar. Bu da gənclərin seçkilərdə iştirak etməsi üçün mühüm faktora çevrilib

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
15:00 04.07.2025
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
13:50 04.07.2025
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
13:46 04.07.2025
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
13:43 04.07.2025
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
13:35 04.07.2025
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
13:30 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM