AZXEBER.COM portalının “Fars” agentliyinə istinadən verdiyi xəbərə görə, bu günlərdə İran parlamentinin 25 deputatı xarici işlər naziri Əli Əkbər Salehiyə etimadsızlıq göstərilməsi təşəbbüsü ilə çıxış etmişdi. Buna səbəb, nazirin Məlikzadəni özünə müavin təyin etməsi idi.
Qeyd edək ki, ötən həftə İran parlamentinin 25 deputatı xarici işlər nazirinin müavini təyin olunan Məhəmməd Şərif Malikzadəni korrupsiyada günahlandırıb. Deputatlar belə bir şəxsi müavin təyin etdiyi üçün xarici işlər naziri Əli Əkbər Salehi iyunun 21-də impiçmentlə hədələyiblər və yeni müavinini istefaya göndərməyi tələb edilər. İyunun 22-də Məhəmməd Şərif Malikzadə istefa verdiyini bildirib. Ancaq onun istefa ərizəsi nazirliyə daxil olmayıb.