Bu gün Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman rəsmi şəxslər və iş adamlarından ibarət nümayəndə heyətinə rəhbərlik edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Buenos-Ayres şəhərindəki San Martin Sarayında görüşəcək.XİN-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, bu səfər iki ölkə arasında əlaqələrin gücləndirilməsi prosesinin tərkib hissəsidir və xarici işlər naziri Hektor Timeramanın 200 argentinalı iş adamı ilə birgə cari ilin iyul ayının əvvəllərində Azərbaycana etdiyi səfərindən dərhal sonra baş verir. Nümayəndə heyətləri San Martin Sarayında Argentina-Azərbaycan Biznes Forumunda iştirak edəcək, günün ikinci yarısı isə iş adamlarının iştirakı ilə ikitərəfli işğüzar görüşlər keçiriləcək.E.Məmmədyarovun argentinalı nazirlər Hektor Timerman, Debora Giorgi, Norberto Yahuar və Xulio de Vido və daxili və xarici ticarət katibləri Guillermo Moreno və Beatriz Paglieri ilə işgüzar görüşlərinin keçirilməsi nəzərdə tutulub.