Xarici ölkələrdə iş imkanlarını nəzərdən keçirən vətəndaşlarımız bir sıra hallarda dələduzların qurbanına çevrilirlər.
AZXEBER.COM Baku TV-yə istinadən xəbər verir ki, bəziləri vəd olunan işlə təmin olunmaq üçün getdikləri ölkəyə belə çata bilmir, digərləri isə qeydiyyat zamanı vəd edilən əməkhaqqını və işi əldə edə bilmirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi "Azərbaycandan işçi qüvvəsinin ixracı" layihəsi isə vətəndaşların bu və digər problemlərlə üzləşməsinin qarşısını almağa kömək edir.
Bəs bu layihədə iştirak etmək üçün hansı qaydalara əməl olunmalıdır?











































