“Xarici mənbələrdən səhv tərcümə edilib” - Sertifikasiya suallarına etiraz - Video

“Xarici mənbələrdən səhv tərcümə edilib” - Sertifikasiya suallarına etiraz  - Video
SOSİAL
22:39 02.07.2026
231
Müxtəlif ixtisaslar üzrə bir müddət əvvəl sertifikasiya imtahanı vermiş müəllimlərin bəziləri nəticələrdən narazıdırlar.

Onlar iddia edirlər ki, imtahandakı sulların bir qismində səhvlik var.

Belə ki, Texnologiya fənni üzrə sertfikasiya imtahanında iştirak edən müəllimlər 3 sualda səhvlik olduğunu deyir. Bildirirlir ki, imtahanda toplanan əlavə 1 bal onların 35 faiz artıma düşməsinə səbəb olacaq.

Biologiya müəllimləri isə qeyd edirlər ki, imtahanlarda vəziyətin qənaətbəxş olmamasının səbəbi suallarda vaxtın düzgün bölünməməsidir.
Onlar iddia edirlər ki, verilən suallarda uyğunsuzluq və səhvlər də var.

Müəllimlər məslənin mütəxəsislər tərəfindən diqqətlə araşdırılmasını vacib hesab edirlər. Onlar yaranmış vəziyyətlə bağlı adiyyəti orqanlara da müraciət etdiklərini bildirirlər.

"Biologiyadan təkrar sertifikasiya imtahanında salınan suallar çərçivə sənədinə uyğun olmayan və qərəzli suallar idi. Xarici mənbələrdən götürülən və düzgün tərcümə edilməmiş suallar sertifikasiya imtahanında yer alır. 3 sual isə düzgün cavabı olmayan suallardır”, - deyə müəllimlərdən biri qeyd edib.

Məsələ ilə bağlı Təhsil İnstitutundan bildirilib ki, sertifikasiya sualları ilə bağlı şərhlər apellyasiya bitdikdən sonra olacaq.

Daha ətraflı "Xəzər TV”nin süjetində:

OXŞAR XƏBƏRLƏR