Xarici tələbələrə soyqırım haqqında məlumat veriləcək

GƏNCLİK
16:57 30.03.2011
2614

Təşkilatın mətbuat xidmətinin rəhbəri Məcid Musayevin AZXEBER.COM-a verdiyi məlumata görə, bu məqsədlə Tarix işçi qrupunun təşkilatçılığı ilə bir qrup gənc 30 mart, saat 10:00-da Quba rayonunda yerləşən kütləvi məzarlığı ziyarət edəcəklər. Tədbirdə paytaxtın ali təhsil ocaqlarında təhsil alan Omandan, Yəməndən, Pakistandan, Rusiyadan, Belarus Respublikasından, Hindistandan, İsraildən, Koreyadan və Türkiyədən olan 50-yə yaxın tələbə iştirak edəcək. Yol boyunca xarici tələbələrə 1918-ci ildə törədilmiş soyqırım, kütləvi məzarlıq və onun aşkar olunması haqqında məlumat veriləcək, tarixi reallıqlar və doğru faktlarla yaxından tanış olacaq, fotoşəkillərə baxacaqlar. 

Tədbirin əsas məqsədi, ermənilərin və erməni vəhşiliklərinin maddi sübutlarını əcnəbi tələbələrə göstərmək, soyqırım haqda onları məlumatlandırmaq və qurbanların xatirəsini yad etməkdir.

Ziyarətin sonunda xarici tələbələrə Azərbaycanın tarixi və mədəniyyəti haqqında kitab və borşürlər paylanılacaq.

OXŞAR XƏBƏRLƏR