"Xatəm əl-Ənbiya": ABŞ region ölkələrinin dəstəyi ilə İrana hücum edə bilər

"Xatəm əl-Ənbiya": ABŞ region ölkələrinin dəstəyi ilə İrana hücum edə bilər
DÜNYA
16:20 20.09.2026
114
ABŞ region ölkələrinin liderləri ilə görüşüb İrana qarşı yeni hücum planı hazırlaya bilər.

IRIB xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahı bəyanat yayıb.

"Alınan məlumatlara əsasən, ABŞ bəzi region ölkələrinin yaşıl işığı ilə Avropa ölkələrinin birində keçiriləcək birgə iclasda İrana qarşı hərəkətləri yenidən başlamaq qərarına gəlib", - bəyanatda bildirilib.

"Xatəm əl-Ənbiya" ABŞ-yə xəbərdarlıq da ünvanlayıb:

"Xəbərdarlıq edirik ki, əgər ABŞ İrana qarşı hər hansı bir səhvə yol verərsə, həmin ölkənin regiondakı bütün yerləşmə mərkəzləri hücumların hədəfi olacaq".

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı, sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələrinin liderləri və ya xarici işlər nazirləri ilə görüş keçirməyi planlaşdırır.

///report///
OXŞAR XƏBƏRLƏR