Xəbərdarlıq: Təl-Əviv-Bakı aviareysi üzrə saxta biletlər satılır

Xəbərdarlıq: Təl-Əviv-Bakı aviareysi üzrə saxta biletlər satılır
Bütün Xəbərlər
20:30 15.07.2015
1021

Təl-Əviv-Bakı aviareysi üzrə saxta bilet satışı faktları aşkar olunub.

AZXEBER.COM xəbər verir ki, bu barədə İsraildə fəaliyyət göstərən “Azİz” cəmiyyətinin nümayəndəsi açıqlama yayıb.
Açıqlamada Təl-Əviv-Bakı aviareysinə saxta bilet satıldığı qeyd edilib:
“Əziz Dostlar!
AZAL Aviakompaniyasının rəsmi nümayəndəsinin xahişi əsasında bildirirəm ki, son vaxtlar Bakıya uçan təyyarəyə saxta bilet satışı halları baş verib.
Saxta biletlər Təl-Əvivin Ben Yehuda küçəsi, 17 ünvanında yerləşən “TRAVELNET” agentliyi tərəfindən satılıb.
Bu agentliyə bilet sifariş edənlərdən onları təcili geri qaytarmaq tövsiyə olunur.
Aldığınız biletlərin həqiqi olduğunu yoxlamaq üçün AZAL aviaşirkətinin nümayəndəliyinə müraciət edə bilərsiniz.
Tel.: 03-5141832 Veda
Bu da bəzi şəxslərin təyyarəyə buraxılmamasına səbəb olan saxta biletlərin fotosu”.
OXŞAR XƏBƏRLƏR