Xərçəngə tutulan Vətən Müharibəsi Qəhrəmanı: "Müalicəm üçün heç yerə müraciət etməmişəm" - MÜSAHİBƏ

SOSİAL
15:54 20.09.2021
1604
Azərbaycan Ordusunun baş leytenantı, Vətən Müharibəsi döyüşçüsü Qəzənfər Ağayev hazırda xərçəng xəstəliyindən əziyyət çəkir.

 
Qəzənfər Ağayev AZXEBER.COM-a müsahibəsində xəstəliyi ilə bağlı məlumat verib. O, qeyd edib ki, bu, elə bir xəstəlikdir ki, mütəmadi olaraq müalicə edilməlidir.

Həmin müsahibəni təqdim edirik:

- İlk olaraq özünüz haqda məlumat verərdiniz.

- Mən Qəzənfər Ağayev. 44 Günlük Vətən Müharibəsində iştirak etmişəm. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ yüksəkliyinin azadlığı uğrunda, Suqovuşanın azadlığı və Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşmışam.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı sərəncama əsasən, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüşəm. Eyni zamanda dövlət başçısının sərəncamları ilə "Ağdamın, Kəlbəcərin və Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişəm.
 
- Nə zaman yaralanmısınız?
 
- Oktyabr ayında vuruldum. Daha sonra isə ağrılarım artmağa başladı. Yanvar ayında müayinələrdə oldum. Aprel ayında isə əməliyyata götürüldüm. Əməliyyatdan sonra isə xərçəng diaqnozu qoyuldu.

- Xəstəliyin müalicəsi necə və harada olunmalıdır?

- Bu, elə bir xəstəlikdir ki, mütəmadi olaraq müalicə edilməlidir. Bakı şəhərində müayinə, müalicə olunurdum. Növbəti müayinə vaxtı isə noyabr ayındadır.

- Bununla bağlı kimlərəsə müraciət etmisinizmi?

- Bununla bağlı heç kimə müraciətim olmayıb. Müayinələri də özümüz etdirmişik. İndi də bu cür davam edir.

- Hazırda vəziyyətiniz necədir, müalicə vaxtının keçməsi səhhətinizdə hansısa fəsadlara yol açırmı?

- Bayaq dediyim kimi, növbəti müayinə vaxtı noyabr ayındadır. Buna görə də hələ vaxtı keçmiş demək olmaz. Hazırki vəziyyətimə gəldikdə isə əvvəlkinə nisbətən indi hələ özümü daha yaxşı hiss edirəm. Şükür ki, əvvəlki kimi deyil. Amma yenə də xəstəlik davam edir və müalicələr davam etdirilməlidir.

- Siz sosial şəbəkələrdə işıqlandırıldıqdan sonra yardım məqsədilə sizə müraciət edən olubmu?

- Mənə müraciət edən, yardım etmək istəyən olmayıb. Ümid edirəm ki, aidiyyatı qurumlar bu məsələyə reaksiya verər. İnşallah, Ali Baş Komandanın da göstərişi ilə mənə yardım olunar.

Aydın Nuri






OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:29 26.10.2021

1075 il iş alan Adnan Oktarın həbsxanadan görüntüsü yayıldı - FOTO

12:22 26.10.2021

Azərbaycanda nə qədər narkoman var? - VİDEO

12:18 26.10.2021

Hikmət Hacıyev: "Erməni faşizminin məhv edilməsi nəticəsində regionda yeni təhlükəsizlik düzəni yaranıb"

12:15 26.10.2021

“Nə istəyirlər desinlər” – Körpəyə su verməsi ilə gündəm olan Çingiz Abdullayev

12:12 26.10.2021

Hava nə vaxt düzələcək? - AÇIQLAMA

12:10 26.10.2021

Deputat qalmaqallı statusundan danışdı: “Sürücüm edib...”

12:06 26.10.2021

Bu binanın uçma təhlükəsi var, DYP əhaliyə müraciət etdi

12:02 26.10.2021

Kəramət Böyükçöl Narkoloji Dispanserdən evə buraxıldı - FOTO

11:57 26.10.2021

DİN Bakıda bir qrup qazinin yolu bağlamasına münasibət bildirdi

11:55 26.10.2021

"Squid Game" serialına baxan işçilər etiraza başladı: Haqqımızı verin

11:50 26.10.2021

Ərdoğan Azərbaycana yola düşüb

11:47 26.10.2021

Koronavirusun “AY.4.2” variantı “Delta”dan daha təhlükəlidir - AÇIQLAMA

11:45 26.10.2021

Prezidentin köməkçisi: “Regionda yeni təhlükəsizlik düzəni formalaşıb”

11:27 26.10.2021

Alim Qasımov qızını cəzalandırıb: “Mənə şillə vurdu” - VİDEO

11:16 26.10.2021

Ermənistan parlamenti Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı qapalı dinləmələr keçirəcək

11:12 26.10.2021

Bakıda daha bir qanunsuz tikintinin qarşısı alınıb - VİDEO