Xəstəxanada yanğın baş verdi, həkimlər evakuasiya olundu

Xəstəxanada yanğın baş verdi, həkimlər evakuasiya olundu
Bütün Xəbərlər
15:30 26.01.2012
1313

Siyəzən şəhərində xəstəxanada yanğın olub. 

AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ümumi sahəsi 1000 kv.m olan ikimərtəbəli xəstəxana binasının ikinci mərtəbəsindəki 2 otağın yanar konstruksiyaları 36 kv.m sahədə və taxta konstruksiyadan ibarət dam örtüyü 18 kv.m sahədə yanıb. Hadisə nəticəsində 4 nəfər tibb personalı yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Qeyd edək ki, xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.Yanğın söndürülüb, mühasibat otağında olan sənədlər və binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

OXŞAR XƏBƏRLƏR