xari

Xəstəxanadan Rəmişin durumu ilə bağlı - Açıqlama

MƏDƏNİYYƏT
15:28 04.02.2021
783
Bakı Sağlamlıq Mərkəzi hazırda bu tibb müəssisəsində müalicə alan Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmişin) vəziyyəti ilə bağlı məlumat yayıb.

Mərkəzdən AZXEBER.COM-a bildirilib ki, Xalq artistinin huşunda aydınlaşma müşahidə olunub:

"Azərbaycanın Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmişin) səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemler yaranıb. O, yanvar ayının 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. Rafiq Hüseynov mərkəzimizə çox ağır halda, huşu qapalı, komatoz vəziyyətdə daxil olmuşdur.

Son dövr qaraciyər yetməzliyi və bir sıra yanaşı xəstəlikləri səbəbindən xəstə Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilmişdir. İntensiv müalicə nəticəsində vəziyyəti nisbətən stabilləşmiş, huşunda aydınlaşma müşahidə olunmuşdur. Hazırda müalicəsi davam etdirilməsinə baxmayaraq, vəziyyəti hələ də orta ağır olaraq qiymətləndirilir", - xəstəxanadan bildirilib.

OXŞAR XƏBƏRLƏR