"Xəstəxanaya yerləşdirilməsindən 1 həftə görüşmüşdük, gördüm ki, öskürür"

MAQAZİN
14:40 07.05.2021
1019

Koronavirusa yoluxaraq dünyasını dəyişən xalq artisi Arif Quliyevin vəfatı onun pərəstişkarları, ailə üzvləri ilə yanaşı sənət dostlarını da dərindən sarsıldıb.

Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, əməkdar artist Rəhman Rəhmanov AZXEBER.COM-a açıqlamasında, sonuncu dəfə Arif Quliyevlin səhhətində problem olduğunu, lakin buna çox da əhəmiyyət vermədiyini deyib: 

"Çox təəssüf edirəm ki, mən Arif Quliyevlə eyni teatrda çalışmamışam o, Azərbaycan Dövlət Milli Dram Teatrının, Azərbaycan Dövlət Akademik Musiqili teatrının aktyoru olub, mən isə 47 ildi Azərbaycan Dövlət Kukla Teatrının aktyoruyam. Amma Arif Quliyevlə yaxın dost olmuşuq. Arif müəllim çox gözəl insan idi, mənim üçün bu gün çox ağır gündür, onun vəfat etdiyi gün çox kədərli gündü. Arif Quliyev kimi aktyorun haqqında danışmaq çox çətindir çox. Nə bilim vallah mən, çox gözəl sənətkar idi, böyük sənətkar idi, heyif. O, həmişə çalışırdı ki, hamıya kömək etsin. Kimin hansısa bir şeyə imkanı çatmadıqda çalışırdı ki, xeyirxahlıq etsin, əlindən gələni etsin. Arif Quliyev insanlar üçün yaşayırdı, insanlara xeyirxahlıq etmək üçün yaşayırdı.

Rəhman Rəhmanov onunla sonuncu görüşü haqda da danışıb: 

"Sonuncu dəfə xəstəxanaya yerləşdirilməmişdən bir həftə əvvəl görüşdük. Yaşadığım Biləcəri qəsəbəsinə, xəstə olduğuma görə, mənə baş çəkməyə gəlmişdi. Çay süfrəsi arxasında əyləşərək bir az dərdləşdik. Bir də gördüm bir balaca öskürür, yaxşı deyil. Dedim ay Arif özünü həkimə göstər. "Əşi olan şeydir, məndə olur da belə hərdən” dedi. Vaxtında hamıya diqqət yetirən, hamının dərdinə şərik olan, hamıya kömək olan insan, ancaq öz sağlamlığına əhəmiyyət vermədi, çox heyif. Allah rəhmət eləsin".

 

Nərmin Məmmədli

OXŞAR XƏBƏRLƏR