Xəyalə məhkəmə ilə bağlı iddiaları rədd etdi

Xəyalə məhkəmə ilə bağlı iddiaları rədd etdi
MAQAZİN
12:49 04.03.2026
382
Aktrisa Xəyalə Quliyevaya qarşı keçmiş həyat yoldaşının məhkəmə iddiası qaldırdığı iddia edilib. Yusif Musayevin məhkəməyə Xəyalə Quliyeva ilə birgə nikah dövründə əldə edilən əmlakların bölgüsü üçün müraciət etdiyi bildirilib.
 
AZXEBER.COM xəbər verir ki, aktrisa yayılan xəbərləri təkzib edib:
 
"Kim bu yalan məlumatları yayır bilmirəm. belə bir şey yoxdur, hazırda maşınımdayam. Niyə mənim özümdən soruşmursunuz?" deyə o bildirib.
 
Aktrisa həmçinin avtomobilin görüntülərini də paylaşaraq məlumatların yalan olduğunu deyib.
 
Xatırladaq ki, Teleqraf.az-ın xəbərinə görə iddia ərizəsində Xəyalə Quliyevanın 2019-cu ildə "Maşın Şou” televiziya layihəsində udduğu "Nissan Kicks” markalı avtomobilin adı da keçir. Yusif Musayev bu avtomobilin üzərində bərabər payın müəyyən edilməsini istəyib.

Birinci instansiya məhkəməsi "Maşın Şou”dan qazanılan avtomobillə bağlı iddiaçının tələbini təmin edib. Xəyalə Quliyeva isə qərardan apellyasiya şikayəti verib.

Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, "Nissan Kicks” markalı avtomobil layihənin qalibi olduğu üçün ona hədiyyə kimi verilib. Bakı Apellyasiya Məhkəməsi isə şikayəti təmin etməyib və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.

Məhkəmə belə qənaətə gəlib ki, həmin əmlak cavabdehə birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilib və bu əmlak bağışlama kimi qəbul oluna bilməz.

Tərəflərin əmlak mübahisəsi Ali Məhkəməyə qədər davam edib. Lakin Xəyalə Quliyevanın kassasiya şikayəti təmin edilməyib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR