'Xəzər-Lənkəran' 'Birlik Kuboku'nu rüşvətlə almaq istəyib? - ŞOK FAKTLAR

İDMAN
13:47 11.10.2012
1597
Bu yazı "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun müstəqilliyini və asılı olmadığını fəaliyyəti ərzində dəfələrlə sübut etmiş "FutbolPress"i və saytın baş redaktoru Elçin Cəlilovu qərəzli adlandırmasına həsr olunur."Biz heç bir oyun alqı-satqısında iştirak etməmişik" deyən Nadirov bu məlumatlarla tanış olsun:(İxtisarla)2006/07 mövsümünün çempionu olduğuna görə 2008-in yanvarında Sankt-Peterburqa, ənənəvi "Birlik kuboku"nda iştirak üçün yollanan "Xəzər Lənkəran"ın bir ümdə məqsədi var idi - kuboka sahib çıxmaq. Bəs hansı yolla?Klub ora geniş heyətlə getmişdi. Futbol ictimaiyyətindən, mediadan dəvət olunanlar və s. və i. Heyətin məskunlaşdığı otaqda 222 nömrəli otaq şahidlərə tanış olar yəqin. Həmin otaqda seyf və seyfin içində 300 min dollar pul olub. Klubun rəhbəri Mais Mənsimov seyfin qapısını açıb və göstərib: bu qədər pul (Məbləğ onun dediyi rəqəmdi) bəs edərmi biz burdan kubokla qayıdaq...Və başlanıb "əməliyyat". Ora hər mövsüm olduğu kimi, bu dəfə sovet dövründən qalma bir hakimiz gedibmiş. Daha doğrusu, aparılıb. Həmin o hakimə deyiblər ki, birinci oyunu danış (Belə işlərdə pərgar imiş). O, 5 min dollar istəyib qrup mərhələsindəki ilk qarşılaşmanın hakim işini həll etməkçün. 7 min dollar "məsrəf"...Sonradan məlum olub ki, pul çatmalı ünvana verilməyib. Bir adam ki, rüşvət işlərinə baxmaq üçün səfərə aparıla, o adamın pulu ünvana çatdırmamaq səbəbini geniş izah etməyə ehtiyac varmı...Qarşılaşmanın hakimi başqa bir şəxsə şikayət edib ki, bəs bizə nəsə çatmalıydı axı. Nə oldu?!Bu xəbər və başqa bir neçə "donos" Mais Mənsimova çatar və o sonradan klub Bakıya dönəndə, aeroportda həmin hakimin üst-başını yoxlatdırar... Bu biabırçılıq nəticəsində hakim and-aman edib və birtəhər inandırar ki, pulları vermişəm, özümə götürməmişəm.Nəysə, qayıdaq yenidən "Birlik kuboku"na. Qarşılaşmaların hakim məsələsini "həll etməli" olan Azərbaycandan aparılmış həmin o "qədim hakimə" pullar Tuyqun Nadirov və həmin ərəfələrdə klubun və "Palmali" Bakı ofisinin idarəçilərindən olan Zəfər Mirzəyev tərəfindən çatdırılırmış. Bir haşiyə çıxım: Tuyqun Nadirov həm də komandanın və klubun rəhbər şəxslərinə "nataşaların" təşkili işinə də baxırmış. Final matçına qədər 300 inlik "büdcədən" bir şey qalmayıbmış. Sonradan ayılan rəhbərlik anlayıb ki, işin həll olunmasını etibar etdiyi şəxslər əslində ona "atırmış". Məsələn, şərti olaraq bir rəqəm deyək, oyunların taleyini həll etməkçün 100 min istəsə də, başqa biri çıxıb ortaya və bildirib ki, ay Mənsimov, 100 min nədi, bunu iki dəfə ucuza da eləmək olar. Qrup oyunları bitir. Əlqərəz, "Xəzər Lənkəran" gəlib finala qədər çıxır. Finalda hakimi - İvanovu "almaq" mümkün olmur. O bildirir ki, UEFA-dan ona etimad göstəriblər, təyinatları var, birdən oyun alınmaz və "Xəzər Lənkəran"ı vəziyyətdən çıxarmaq xatirinə biabırçı qərarlar verməyə məcbur qalar. Həm də Özbəkistanın "Paxtakor" komandası yla qarşılaşmanı FIFA və UEFA prezidentləri də izləyəcəkdi deyə, o, ehtiyat edib. Əvvəlcədən pul alıb, sonra "niyyətin" alınmamağından qorxub. İvanov pul götürməsə də onun assistenlərinə - laynsmanların hərəsinə 3 min dollar verə biliblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
17:07 06.10.2026
Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
Bakının 6 rayonunda su kəsiləcək
16:38 06.10.2026
Bakının 6 rayonunda su kəsiləcək
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
16:37 06.10.2026
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
16:33 06.10.2026
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
16:29 06.10.2026
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
16:13 06.10.2026
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
16:10 06.10.2026
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
15:55 06.10.2026
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
15:33 06.10.2026
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
15:18 06.10.2026
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
15:14 06.10.2026
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
15:12 06.10.2026
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
15:08 06.10.2026
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
14:59 06.10.2026
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
14:57 06.10.2026
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
14:50 06.10.2026
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı