“Xəzər” televiziyasının məşhur aparıcısını qanına qəltan etdilər - YENİLƏNİB - FOTO

“Xəzər” televiziyasının məşhur aparıcısını qanına qəltan etdilər - YENİLƏNİB - FOTO
Bütün Xəbərlər
11:00 23.09.2014
11296
Aparıcını bıçaqlayan şəxs tutuldu.
11:23
Bakının Yasamal rayonunda “Xəzər tv"də yayımlanan “Ləziz dad” proqramının aparıcısı Ağakərim Şamidzadəni bıçaqlayan şəxs tutulub.
AZXEBER.COM xəbər verir ki, Yasamal rayon prokurorunun köməkçisi Şahin İmanovun ANS PRESS-ə verdiyi məlumata görə, aparıcını bıçaqlayan qonşusu Elvin Şirinov adlı qonşusu olduğu müəyyənləşib.
Keçirilən əməliyyat nəticəsində onu saxlayıblar.
Qeyd edək ki, Bakının Yasamal rayonu Yaşar Abdullayev küçəsində bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı “Xəzər” televiziyasında “Ləziz dad” proqramının aparıcısı Ağakərim Şamidzadə yaşadığı evin qarşısında qonşusu tərəfindən bıçaqlanıb. Qonşuların verdiyi məlumata görə, hadisəyə səbəb Ağakərimin avtomabilinə oturan qonşusunu düşürmək istəməsi olub. Yaranan mübahisə zamanı Elvin Şirinov adlı şəxs Ağakərimə bir bıçaq zərbəsi vurub.
Hadisədən sonra yaralı ağır vəziiyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Dərhal əməliyat olunan zərəçəkənin həyatını həkimlər xilas edə biliblər
11:00
Bakının Yasamal rayonu Yaşar Abdullayev küçəsində bıçaqlanma hadisəsi baş verib.
AZXEBER.COM ANS PRESS-ə istinadən bildirir ki, hadisə zamanı “Xəzər” televiziyasında “Ləziz dad” proqramının aparıcısı Ağakərim Şamidzadə yaşadığı evin qarşısında qonşusu tərəfindən bıçaqlanıb.
Qonşuların verdikləri məlumata görə, hadisəyə səbəb Ağakərimin avtomobilinə oturan qonşusunu düşürmək istəməsi olub. Yaranan mübahisə zamanı Elvin Şirinov adlı şəxs Ağakərimə bir bıçaq zərbəsi vurub.
Hadisədən sonra yaralı ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat olunan zərərçəkənin həyatını həkimlər xilas edə biliblər.
Hadisədən sonra ərazidə Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Bölmədən verilən məlumata görə, hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR