Milli Televiziya və Radio Şurası elektron medianın yaradılması fondu ilə birgə KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə “Azərbaycan Media Məkanında Ədəbi Dilin Qorunması” layihəsi əsasında milli efirin monitorinqini aparıb.
AZXEBER.COM-un məlumatına görə, monitorinqin nəticələrinə əsasən, İctimai Televiziyanın “Carçı” proqramının aparıcılarının nitqi normal, ədəbi qaydalara uyğundur. ATV kanalında “Son xəbər” informasiya buraxılışının aparıcılarının və AzTV-nin “Xəbər” informasiya buraxılışı diktorlarının nitqi qənaətbəxş hesab olunur.. “Xəzər” televiziyasında informasiya proqramının aparıcılarının nitqi zəif, “Space”-in “Hər gün” informasiya buraxılışının aparıcılarınınn nitqi isə çox sürətlidir. “Lider” kanalında “Səda” informasiya proqramının aparıcılarının nitqi ədəbi normalara müvafiqdir. ANS telekanalında “Xəbərçi”nin aparıcılarınınnın nitqi isə aydındır. Lakin ANS-də də müəyyən dil nöqsanları var