Xəzər dənizində batmış şəxsin cəsədi tapılıb.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istindən məlumatına görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərinin ərazisində dənizdə 1986-cı il təvəllüdlü Anar Yusifəli oğlu Hüseynov batıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. A. Hüseynovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.